Taksi sürücüsünün boğazını kəsdilər - AZƏRBAYCANDA

Taksi sürücüsünün boğazını kəsdilər - AZƏRBAYCANDA

Xaçmaz sakini bıçaqlanıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olan, 1983-cü il təvəllüdlü Qasımov Elman Dərya oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Onun boğaz və sinə nahiyyəsinə 5 bıçaq zərbəsi endirilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis İdarəsində araşdırma başlanılıb.

Hazırda cinayəti törədən şəxs və şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz