“Taliban”dan qəfil hücum - 20 hərbçi öldü

“Taliban”dan qəfil hücum - 20 hərbçi öldü

“Taliban” yaraqlılarının hücumu nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin 20 əsgəri öldürülüb.

ABŞ-ın sülh elçisi ilə danışıqların davam etdiyi bir vaxtda hökumət qüvvələrinin yerləşdiyi hərbi bazaya minaatanlar və avtomat silahlardan atəş açılıb.

Hərbi bazanın yerləşdiyi Bağdis əyalətinin rəsmi nümayəndəsi Məhəmməd Nəsir Nəzəri Reuters agentliyinə bildirib ki, “Taliban”ın gecə saatlarında başlayan hücumu gün ərzində davam edib. O əlavə edib ki, çoxlu sayda yaralılar var və onların əksəriyyətinin vəziyyəti ağırdır.

“Taliban” hərəkatının sözçüsü Qari Yusuf Əhmədi bəyan edib ki, onun təmsil etdiyi təşkilat terror aktına görə məsuliyyəti öz üzərinə götürür.

Daha bir silahlı hücum Əfqanıstanın Bağlan əyalətində baş verib. Oradakı Puli Xumri şəhərində xəstəxananın atəşə tutulması nəticəsində bir həkim həlak olub, on səkkiz xəstə yaralanıb. Şərqi Nanqahar əyalətində isə mikroavtobusun partladılması nəticəsində 5 nəfər yaralanıb. Bu terror aktlarına görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA