“Tamamilə dəqiqdir ki, oliqarxlar Trampın rəqiblərinə pul veriblər...” - PUTİN BU HAQDA İLK DƏFƏ DANIŞDI

  • 2019-07-20 11:43:58
  • |
  • Region /

“Tamamilə dəqiqdir ki, oliqarxlar Trampın rəqiblərinə pul veriblər...” -  PUTİN BU HAQDA İLK DƏFƏ DANIŞDI

Rusiya prezidenti Vladimir Putin qalmaqallı amerikalı rejissor Oliver Stouna müsahibə verib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, müsahibədən fraqmentləri “Rossia Today” yayır.

Putin Oliver Stounla söhbətində 2016-cı il Amerika prezident seçkilərinə müdaxilə barədə danışıb. Deyib ki, həmin seçkilərə Rusiya yox, Ukrayna müdaxilə etmişdi.

“Tamamilə dəqiqdir ki, ukraynalı oliqarxlar Trampın opponentlərinə pul veriblər”,-Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, ukraynalı oliqarlar bundan çıxış edirdilər ki, seçkilərdə Hillari Klinton qalib gələcək və onlar gələcək Amerika prezidentinə öz loyallıqlarını nümayiş etdirmək üçün hər şeyi edirdilər.

Stoun isə deyib ki, əgər Rusiya lideri bu haqda daha ətraflı informasiya versəydi daha “nəhəng nəticələr doğurardı”. Putin isə cavabında deyib: “Mən o vaxt da bu işə qarışmamışam, indi də qarışmaq istəmirəm və gələcəkdə də qarışmağa hazırlaşmıram”.

Qeyd edək ki, Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manafortun özünün də Ukrayna ilə şübhəli əlaqələri üzə çıxmışdı. Məlum olmuşdu ki, Manafort Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç üçün lobbiçilik edib, ona yaxın olan oliqarxlardan pul alıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA