TANINMIŞ PROFESSORLAR UNEC-dəki İSLAHATLARIN MÜDAFİƏSİNƏ QALXDILAR – “Böhtanlarla aparılan işlərə kölgə salmaq olmaz”

TANINMIŞ PROFESSORLAR UNEC-dəki İSLAHATLARIN MÜDAFİƏSİNƏ QALXDILAR – “Böhtanlarla aparılan işlərə kölgə salmaq olmaz”

Bu bir faktdır ki, Azərbaycanda hər hansı sahədə həyata keçirilən mütərəqqi islahatlar köhnə fikirli, yeniliklərlə ayaqlaşa bilməyən və ya bunu istəməyənlər tərəfindən narazılıqa, hətta kəskin müqavimətlə qarşılanıb. Xüsusən də əgər bu islahatlar kimlərinsə mənafelərilə ziddiyyət təşkil edirsə …

Bu halda onlar yalnız narazılıq etməklə kifayətlənmirlər, islahatları həyata keçirənlərəin ictimai nüfuzunu zədələməyə çalışırlar. Son illər Azərbaycan Dövlət İqtisad Unuversitetində – UNEC-də həyata keçirilən islahatlara qarşı müqavimət göstərənlər də eyni üsullara əl atıblar. Unuversitetdə aparılan islhatlar çərçivəsində vəzifədən çıxarılanlar və maraqlarına toxunulan kiçik bir qrup başda rector Ədalət Muradov olmaqla, UNEC rəhbərliyinə qarşı kampaniya aparmaqla məşğuldurlar.

Belə kampaniyanın aparılmasında isə bu yaxınlarda Mətbuat Şurasının “qara siyahısına” düşən “Təzadlar” qəzetindən istifadə olunduğu bildirilir. Bunu saytımıza müraciət edən UNEC-in bir qrup əməkdaşı bildirib. Onlar “AzPolitika.info”ya müraciət edərək, universitetə qarşı aparılan böhtan kampaniyasına etiraz etmək istədikılərini bildirdilər.

Belə ki, onlarin sözlərinə görə, “Təzadlar” qəzetnin baş redaktor Asif Mərzili şəxsən Universitetin əməkdaşlarına, əsasən də professorlara zəng edərək , UNEC-də keçirilən islahatların əleyhinə, rəhbərliyə qarşı fikirlər almğa cəhd edib.Minə yaxın əməkdaşı olan universitetdən tapdığı bir neçə nəfər narazı şəxsin açıqlamasını təkrar-təkrar dərc etsə də, aparılan işlərdən razılıq edənlərin xeyli sayda fikirlərinə yer verməyib.

alicanUNEC-in “İqtisad nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, tanınmış professor Əlican Babayevin sözlərinə görə, “Təzadlar” qəzetindən ona da zəng edərək, fikirlərini öyrəniblər : “Mən də obyektiv şəkildə öz mövqeyimi bildirdim. Həyata keçirilən islahatarın Universitetin nüfuzunun daha da qaldırılmasına, beynlxalq reytinq cədvəllərində yuxarı yerlərə yüksəlməsinə, dünyanın tanınan ali təhsil ocaqlarından birinə çevrilməsinə xidmət etdiyini bildirdim. Universitetin fəaliyyətində şəffaflığın təmin olunduğunu, hər hansı narazılıq yaradan problemin olmadığını qeyd etdim. Mənin mövqeyimi dinlədikdən sonra əlavə nəsə soruşmadılar, ancaq fikirlərimi dərc edib-etmədiklərini bilmirəm”.

Professor Ə.Babayev magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddiaların da doğru olmadığını vurguladı: “Hər il bizim kafedranın müəllimlərinə magistrlərin dissertasiya işlərinə elmi rəhbərlik həvalə edilir. Bu il də kafedramızın müəllimlərindən magistrlara elmi rəhbərlik edənlər var. Mənim özüm də əvvəlki illər magistrlara rəhbərlik etmişəm. Bu il doktorant və aspirantların çox olduğundan götürə bilmədim. Ancaq kafedranın müəllimlərinə verilib. Dissertasiyaların müdafiəsində iştirak edirəm . Əksəriyyəti yüksək səviyyədə yazılır, bütün tələblərə cavab verir”.
Ə.Babayev differensial əməkhaqqı sistemi üzrə siyahının qeyri-obyektiv tərtib olunmasına dair iddiaların da doğru olmadığını bildirdi: “ Bu mümkün də deyil. UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə Daimi Komissiya fəaliyət göstərir. Komissiyanın 15-dən artq üzvü var. Hər birinin rəyi nəzərə alınaraq qiymətləndirmə aparılır, ilk100-lük müəyynləşdirilir.

Qiymətləndirmənin meyarları da məlumdur, qeyri-obyektivlik mümkün deyil. Mən özüm də əvvəlki illərdə həmin siyahıda ilk onluqda təmsil olunmuşam. Sonradan tələblər bir qədər də yüksəldildi. Açığı mənim də dərs yüküm çox olduğundan, hələlik o tələbləri reallaşdıra bilməmişəm. Fikrimcə, kriteriyalari bir qədər də təkmilləşdirmək, sadələşdirmək, Rusiyadakı konfransları, jurnalları da nəzəra almaq olar. Ancaq burda qeyri-obyektivliyin olduğunu iddia etmək olmaz.”

Professor universitetə yeni kadrların, müəllim heyətinin cəlb olunmasının da çox şəffaf şəkildə həyata keçirildiyini bildirdi: “Universitetə gənc müəllimlərin cəlb olunması üçün müxtəlif layihələr həyata keçirilir. Xüsusən də xaricdə təhsil almış şəxslər universitetə cəlb edilir ki, buna da normal yanaşmaq lazımdır. Yaşlı alimləri gənclər əvəzləməlidir. Bizlər də buna dəstək verməli, lazımi köməklik göstərməliyik”

DSC_6536UNEC-in ““İqtisadiyyatın tənzimlənməsi» kafedrasının müdiri, iqtisad elmlıri doktoru tanınmış alim, tanınmış professor Məhiş Əhmədovda bildirdi ki, “Təzadlar”ın baş redaktoru A. Mərzili ona da zəng edərək, fikirlərini ifadə etməsini istəyib: “Mənə martın 8-də zəng etmişdi. Təxminən saat 12:00 radələrində. Mən də ona bildirdim ki, kafedramızın professor-müəllim heyəti tərəfindən müəyyənləşdirilərək, Beynəlxalq Magistratura Mərkəzinə təqdim olunan 15 mövzu təsdiq olunaraq, bizə geri qaytarılıb. Builki birinci kurslardan da 15 magistr bizim kafedraya təhkim olunub. Mövzular da bizim təklif etdiyimiz mövzulardır. Elmi rəhbərlər isə bizim təqdim etdiyimiz alimlər, kafedramızın əməkdaşlarıdır. Yəni ki, magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddialar tamamilə yalandır. Əvvəlki illərdə də bizim kafedraya hər il 12-15 nəfər magistr təhkim oluub. Bu baxımdan hər hansı narazılıq yoxdur”.

Professor Məhiş Əhmədov differensial əməkhaqqı sistemi üzrə siyahının tərtib olunmasını da yüksək qiymətləndirdiklərini bildirdi: “Dünyada hər bir sahədə ciddi dəyişiklər baş verir. Bu gün Azərbaycan da dünya iqtisadiyyatına, dünya elminə fəal inteqrasiya olunur. Belə bir şəraitdə bütün sahələrin, o cümlədən iqtisadiyyatın da, təhsilin də rəqabət qabiliyyəti beynəlxalq tələblərə uyğunlaşdırılır. Bu da ilk növbədə tələb edir ki, bizim alimlərin də beynəlxalq jurnallarda məqalələri cap olunsun, reytinqli konfranslarda çıxış etsinlər. Alimlərin bu istiqamətdə fəaliyyətini stimullaşdırmaq üçün isə differensial əməkhaqqı sisteminin tətbiqi çox düzgün verilmiş qərardır. Əlbəttə, hər bir yenilik tətbiq olunarkən müəyyən çatışmazlıqların, tam nəzərə alınmayan cəhətlərin olması mümkündür. Ona görə də, bu istiqamətdə də müəyyən təkmilləşdirmələr aparılır. Yəqin ki, bundan sonra da aparılacaq. Ancaq differensial əməkhaqqı sistemi üzrə siyahının tərtib olunmasında hansısa qeyri-obyektivlikdən danışmaq, ən azı insafsızlıqdır. Böhtanlarla,yalan məlumatlar yaymaqla aparılan işlərə kölgə salmaq olmaz. UNEC-in elmi-tədqiqat universitetinə keçməsi ilə əlaqədar olaraq, professorların, dosentlərin elmi işlərinə veriən ballar hazırda ümumi balın 70 faizini təşkil edir. Bu da o demkdir ki, differensial əməkhaqqı sistemi üzrə siyahıda yüksək yer tutmaq üçün subyektiv amillər aradan qaldırılıb. Alimlərimizdən elmi fəaliyyətlərini daha da gücləndirmələri tələb olunur. Bu da təbiidir. Elmi tədqiqat işi aparmayan professorların, dosentlərin yüksək keyfiyyətli dərs deməsi real görünmür. Ona görə də elmi fəaliiyyətin daha da artırılmasına yönəlik tələbləri mən də düzgün hesab edirəm. Son 2 ildə tətbiq edilən qaydaları da bu baxımdan məqbul sayıram.”

15246501141381345164_1000x669UNEC-in “Ticarətin və gömrük işinin təşkili” kafedrasının müdiri, uzun illir prorektor vəzifəsində çalişmiş, iqtisad elmlıri doktoru, taninmiş professor Arif Şəkərəliyev də universitetdə görülən işlərə kölgə salınmasını qınadı: “Mənə də “Təzadlar” qəzetindən zəng etmişdilər. Magistr dissertasiyaları və sair məsələlərlə bağl danışmaq istədiklərini bildirdilər. Mən də onlara hesabat vermək məcburiyyətində olmadığımı dedim. Qeyri-obyektiv, qərəzli mövqe tutduqlarından ətraflı danışmadım. Ancaq sizin saytınız vasitəsilə bildirirəm ki, magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddialar tam yalandır, böhtandır. Bizim kafedranın da bir necə müəllimi magistrlara elmi rəhbər təyin olunub. Son illər elmi rəhbərlərini magistrlar əsasən özləri seçir. Yəni onlara bu imkan yaradılıb ki, kafedradan təqdim olunmuş müəllimlər arasından seçim aparsınlar. Buna görə də bəzən bir müəllim bir neçə magistra elmi rəhbərlik edir, başqa bir müəllimin isə heç bir magistri olmur. Ancaq magistrlərə elmi rəhbərlərin yalnız kənardan təyin olunması barədə deyilənlər yalandır”.

Professor Arif Şəkəriliyev differensial əməkhaqqı sistemi üzrə siyahının tərtib olunması ilə bağlı da fikirlərini açıqladı: “ Kimlər tədqiqat işi aparırsa, reytinqli jurnallarda məqalələr çap etdirirsə, differensial əməkhaqqı sistemi üzrə onlara daha yüksək əmək haqqı verilir. Bu da əvvəlcədən bəyan edilmiş kriteriyalarla, tam şəffaf, obyektiv şəkildə aparılır. Burda nə narazılıq ola bilər?”

Arif Şəkərəliyev son illər universitetdə ciddi islahatlar həyata keçirildiyini, kollektivin də görülən işləri dəstəklədiyini vurğuladı: “ Mən 50 ildən artıqdır ali təhsil sistemində işləyən bir alim, rəhbər vəızifələrdə çalşan bir şəxs kimi görülən işləri yüksək qiymətləndirirəm. Artıq universitetdə bütün işlər elektronlaşdırılıb- mühazirələrin, seminarların aparılması, imtahanların keçirilməsi elektron sistem vaistəsilə həyata keçirilir. Obyektiv və şəffaf bir mühit yaradılıb. Universitetdə beynəlxalq konfranslar keçirilir, tanınmış xarici universitetlərlə müəllim mübadiləsi aparılır, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəldilib və sair. Belə işləri necə qiymətləndirməmək olar? Universitetin reytinqi ildən-ilə yüksəlir. Aparılan işlərə qara yaxanların fikirləri qərəzlidir.”.

скачанные файлыUNEC-in “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışmış, hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovative idarəetmə” kafedrasının müdiri işələyən, professor Telman İmanov bildirdi ki, “Təzadlar” qəzetindən ona da zəng edərək, bəzi məsələlərlə bağlı fikir bildirməsini istəyiblər: “Baş redaktorun özü zəng etmişdi. Dedi ki, bəs universitetdə bəzi məsələrlə bağl – hansı ki, saytında yazır – problemlər var, istəyirəm siz də münasbət bildirəsiniz. Mən ona bildirdim ki, 25 il mən həmin universitetdə çalışmışam, onun 15 ilini də kafedra müdiri olmuşam. 9 aydır başqa universitetə keçmişəm. Dedim 25 il çaışdığım, 15 ilini də kafedra müdiri bir təşkilat barədə nə mənfi fikir söyləyə bilərəm? Dedim siz söyləyə bilərsiniz? Dedi yox. Dedim mənə belə suallar vermək etik normalardan kənardır, xahiş edirəm məni narahat etməyin. Bununla da söhbətimiz yekunlaşdı”.

Telman İmanov bldirdi ki, professor Ədalət Muradov universitetə gəldikdən sonra böyük işlər görülüb: “Görülən işlərə gölgə salmaq olmaz. Bunun heç kimə faydası da yoxdur. Universitetdə kimdən soruşsanız, deyəcəklər ki, o qəzetdə yazılanların əksəriyyəti həqiqətdən uzaqdır”.

Professor Telman İmanov differensial əməkhaqqı sistemi üzrə siyahının tərtib olunmasında da hər hansı subyektiv qərarın rol oynamadığını vurguladı: “Mən də həmin siyahıda 2 dəfə yer tutmuşm. Bir dəfə 12-ci, bir dəfə dəfə də 65-ci. Kimin ki, əməyi çoxdur, elmi fəaliyəti yüksəkdir, həmin siyahıda daha yuxarıda yer tutur. Elmi məhsulun ortadırsa, qiymətləndirmə meyarlarna uyğun gəlirsə yer tutursan. Differensial əməkhaqqı sistemi elə təşkil olunub ki, kiminsə başqasının haqqına girməsi mümkün deyil. Bziləri gedib reytinqi olmayan xarici jurnallarda məqalə dərc etdirib gətirir k, məni də siyahiya daxil edin. Halbuki həmin jurnallarda dərc olunmaq nə alimin özünə, nə də universitetə nüfuz gətirmir. Kriteriyalar məlumdur, elmi fəaliyət də buna cavab verməlidir ki, reytinq siyahısında yer tutasan. Bunun əksini iddia edənlər qərəzlidir”.\\AzPolitika.info

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA