Tanınmış aktyor pulunu ala bilmir: “Gördüyünüz işin içinə tüpürüm” - VİDEO

Tanınmış aktyor pulunu ala bilmir: “Gördüyünüz işin içinə tüpürüm” - VİDEO

Aktyor Cavidan Novruz bundan sonra serial və filmlərdə rol almayacaq.

Hurriyyet.org primetime.az-a istinadən xəbər verir ki, buna səbəb isə onun sonuncu dəfə rol aldığı “Təhminə və Zaur” serialından qonorarını ala bilməməsi olub. O, bu barədə özü məlumat verib:

“Bu məmləkətdə hər şey belədir, kimlərlə yaxşı olursan, həvəslə işə girişirsən, enerjini sərf edirsən, əziyyətlər çəkirsən, amma iş gördüyün insanlar səni hər şeydən iyrəndirir. Bəlkə də, belə olması məsləhət idi. Bir az da dincələrik. Məndən bu qədər. Sadəcə utansın ki, o adamlar, bir işi kişi kimi görmək lazımdır. Taktika ilə aktyor aldatmazlar. Yeganə millətik ki, serial və kino çəkirik, aktyora pul verməyə can çəkirlər. Əziyyət çəkən bizik, səhər tezdən çəkilişə gedirik, canımız çıxır, sonda da belə olur. Daha bezdim. İnsana ömür bir dəfə verilir. Onu da insan kimi yaşamaq lazımdır. Gördüyünüz işin içinə tüpürüm. Sözümü həmişə açıq demişəm. Sonda hamını başınıza yığıb kişi kimi hallaşmağı bacarmadınız. Heç nəyimi halal etmirəm. Şəxsiyyət olmağı bacarın, sonra işlər görün!”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA