Tanınmış həkim çardaqdan yıxılıb öldü - Azərbaycanda bədbəxt hadisə

Tanınmış həkim çardaqdan yıxılıb öldü - Azərbaycanda bədbəxt hadisə

Ağsu rayonunda həkim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəklə kəndində qeydə alınıb. Kənd sakini, Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi, 67 yaşlı Balamirzə Məsimov yaşadığı evin həyətindəki çardaqdan üzüm yığarkən ehtiyatsızlıq edib və yıxılaraq ağır bədən xəsarətləri alıb.

B.Məsimov müalicə üçün təcili olaraq Bakı xəstəxanalarından birinə aparılıb. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaq, B.Məsimov dünyasını dəyişib.

Qeyd edək ki, Balamirzə Məsimov Ağsu rayon Mərkəzi Xəstəxanasında cərrah həkim işləyirdi.
Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA