Tanınmış müğənnini döyən Tacirin qohumu imiş - ÖZÜ AÇIQLADI

Tanınmış müğənnini döyən Tacirin qohumu imiş - ÖZÜ AÇIQLADI

Müğənni Kərim Abbasovu bir müddət öncə döyən şəxsin Tacir Şahmalıoğlunun qohumu olduğu məlum olub.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, bunu müğənni Kərim “Səhər-səhər” verilişində deyib. O bildirib ki, hətta Tacir ona zəng edərərk, qohumunu bağışlanmasını istəyib: “5 min manat dəyərində pul təklif etdilər ki, şikayət ərizəmi geri götürüm. Əslində balama haram pul yedirtməmişəm. İki-üç gündür həmkarım Tacir Şahmalıoğlu mənə zəng edir, söyləyir ki, məni döyənlər onun qohumlarıdır. Onlar da xahiş edirlər ki, gedib ərizəmi geri götürüm. Tacir müəllimə bir kəlimə dedim. Bir halda ərizəmi geri götürərəm. O şəxs hamının qarşısında məndən üzr istəsin. Mənə vurduqları yumruqlara, ailə üzvlərimin yanında mənə dediyi təhqirlərə görə üzr istəsin. Zatən məndən üzr istəməsə, qanun yolu ilə üzr istəyəcək”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA