Tanınmış sənətçilər yenə də “Hasarın o üzündə”n boylanacaq

Tanınmış sənətçilər yenə də “Hasarın o üzündə”n boylanacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın kollektivi 7-8 aprel tarixlərində 6 səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək.

Teatrdan Hurriyyet.org-a verilən məlumata görə, həmişə olduğu kimi bu həftə də teatrın repertuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprel ayının 7-i saat 12:00 və 14:00-da Y.Şvarts “Çirkin ördək balası”, 8-i isə eyni saatlarda A.Lindqrenin “Uzuncorab Pippi” tamaşaları nümayiş olunacaq.

Teatrın axşam repertuarında isə 7 aprel tarixində saat 19:00-da U.Şekspir “Romeo və Cülyetta” (ingilis dilində titrlərlə) 8 aprel eyni saatda Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları nümayiş olunacaq.

Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, Əməkdar artistlər Nofəl Vəliyev, Naibə Allahverdiyeva, aktyorlar Mirzə Ağa Mirzəyev, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcək.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA