Tankerlərin yanması bəhanə oldu - ABŞ HƏRBİ GƏMİSİ YOLA ÇIXDI

  • 2019-06-14 14:15:20
  • |
  • Dünya /

Tankerlərin yanması bəhanə oldu - ABŞ HƏRBİ GƏMİSİ YOLA ÇIXDI

Hurriyyet.org xəbər verir ki, Amerika Birləşmiş Dövlətlərinə məxsus hərbi gəmi neft tankerlərinə edilən hücumlardan sonra Oman körfəzinə doğru hərəkətə keçib.
ABD Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada, Vaşiqntonun Yaxın Şərqdə yeni bir ixtilafa qoşulmamaq niyyətində olduğunu, lakin sularda hərəkət azadlığı da daxil olmaqla, ABŞ-ın mənfəətlərini müdafiə eləməyə hazır olduğunu bildirib. CENTCOM, neft tankerləri yandıqdan sonra yardım təmin etmək üçün “USS Mason” gəmisinin Oman körfəzinə yollandığını bəyan edib. CENTCOM-un mətbuat katibi polkovnik Erl Braun deyib: “USS Mason yardım eləmək üçün hadisə yerinə doğru yollanıb. ABŞ və bölgədəki ortaqlarımızın mənfəətlərini qorumaq üçün lazım olan bütün tədbirlər görüləcəkdir. Bugünkü hücumlar beynəlxalq sularda üzmək azadlığı və ticarət azadlığı üçün açıq bir təhdiddir”.
Xəbər verdiyimiz kimi, dünən Oman körfəzində iki neft tankerində partlayışlar baş vermişdi. Bəzi iddialara görə gəmilər torpedolarla vurulmuşdu. Lakin hadisənin əsl səbəbi barəsinə açıqlama verilməyib. Hücumlardan sonra gəmilərin bütün heyət üzvləri İran donanması tərəfindən xilas olunub. ABŞ Müdafiə Nazirliyi isə hücumların İran tərəfindən törədildiyini iddia edib.
Bəzi siyasi ekspertlər, körfəzdə tankerlərin partladılmasını İrana qarşı qurulan, İranla ərəb dünyasının arasındakı münasibətləri gərginləşdirmək məqsədi güdən və İrana qarşı hücumlara haqq qazandırılması məqsədilə törədilən qəsd işi kimi qiymətləndirirlər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA