TARİXİ KƏŞF! - MARSDA...

TARİXİ KƏŞF! - MARSDA...

Hurriyyet.org xəbər verir ki, amerikalı alimlər Marsda bir vaxtlar isti və bataqlıq iqliminin hökm sürdüyünü və Yer planetindəkindən daha böyük çayların olduğuna dair dəlillər əldə ediblər.

Çikaqo Universitetinin əməkdaşları "Science Advances" jurnalında dərc edilən araşdırmada Marsdakı iqlim şəraitinə dair mövcud məlumatların əksinə, “Mərrix ulduzu”nda milyonlar il əvvəl suyun gecə və gündüz maye halda qalmasını təmin edən isti iqlimə malik olduğu barəsində izlər tapdıqlarını bildiriblər.

Marsda suların aşındırması nəticəsində olduğu anlaşılan dərin vadilərin olduğunu bildirən tədqiqatçılar bu vadi yataqlarının ətrafındakı çınqıl daşlarının formalarının buradan axan çayların yerdəkilərə nisbətən çox böyük və güclü axına malik olduğunun göstəricisi olduğunu iddia edirlər. Tədqiqatçılar səbəbini bilməsələr də, Marsın bolsulu iqlim şəraitinin uzun zaman maddətində deyil, sanki bir anda yox olduğunu, qəflətən həddən artıq soyuq və quraqlıq iqlimin hakim olduğunu qeyd ediblər.

Bu kəşfin Marsda atmosfer təbəqəsinin daima zəif olduğu barədə məlumatlara uyğun gəlmədiyi vurğulanıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA