​TARİXİN GİZLİ QATLARI - Ölümsüzlük dərmanı içən Elxanlı hökmdarı

  • 2019-03-25 10:57:29
  • |
  • Tarix /

​TARİXİN GİZLİ QATLARI - Ölümsüzlük dərmanı içən Elxanlı hökmdarı

Elxanilər dövləti və ya Hülakülər dövləti – 1256-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlətdir.
Hurriyyet.org “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu dövlətin Azərbaycan tarixində özünəməxsus yeri var.
1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi.
1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi.
Elxanlı hökmdarları arasında Arqun xan ölümsüz olmağa can atırdı. Bu barədə “Ölkə.Az”a maraqlı faktları tarixçi-alim Əkbər Nəcəf verib.
Elxanlı hökmdarı Arqun xan kimyaya çox həvəskar idi. Bu məqsədlə Çindən və Hinddən çox sayda kimyagəri, daha doğrusu simyaçını gətirib ətrafında toplamış və onlara geniş səlahiyyətlər vermişdi. Dövrün Təbrizi simyaçı baxşı və lamalardan həzər vururdu. Elxanın kimyaya marağı uzun yaşamaq sirrinin simyaçılar tərəfindən kəşfinə olan inancı idi.
Elə bu kimya sevgisi xanın gənc yaşda ölməsinə səbəb oldu. Simyasılar ona ömrü uzadan bir dərman verdilər. Dərman civə və sulfitin qarışdırılması ilə əldə edilmiş bir məlhəmdir. Xan 40 gün heç kimə görünmədən bu məlhəmdən içməli idi. Bu məqasədlə xan anidən ortadan qeyb olmuşdur. 40 gün boyunca ölkə bir-birinə dəyərkən Arqun Kuçanda ölümsüzlük seanslarına davam edirdi.
Məlhəmi qurtarıb ortaya çıxan Arqun qışı keçirmək üçün Arana gəldi. Lakin burada xan ağır xəstələndi. Tam 5 ay davam edən xəstəliyi sonunda gənc, yaraşıqlı, güclü xan bir bələyə sıxacaq qədər yumağa dönmüşdü. Dərisi qurumuş, sümükləri ərimiş, üstəlik ayaqları çürümüşdü. Danışıq qabiliyyətini tamamilə itirən Arqun elə qorxunc vəziyyətə düşmüşdü ki, yaxın adamları hətta onu boğmaq niyyətinə düşmüşdülər. Maraqlıdır ki, lama və baxşılar günahı özlərində deyil, xan haqqında cadu etdiklərini iddia etdikləri arvadı Tuğcaq Xatuna yüklədilər. Qadın işkəncə ilə bütün qadınların gözü qabağında öldüldü.
Elxanlıların dördüncü hökmdarı Arqun xan 1291-ci ilin martında Bağçayi-Arranda vəfat etdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA