Tatarıstan prezidenti Azərbaycana gələcək

Tatarıstan prezidenti Azərbaycana gələcək

Tatarıstan prezidenti Rüstəm Minnixanov Azərbaycana səfər edəcək.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Tatarıstan prezidentinin mətbuat katibinin müavini Liliya Qalimova bildirib.

L. Qalimova bildirib ki, Azərbaycan və Tatarıstan arasında ticarət dövriyyəsi 58 milyon dollar təşkil edir: “Bu, çox aşağı göstəricidir. Bizim əlaqələrimizin ən yaxşı vaxtlarında bu göstərici 200 milyon dollar olub”.

O qeyd edib ki, Tatarıstan prezidentinin Bakıya səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı müzakirə ediləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA