Tayvanda eynicinslilərin kəbininə icazə verildi – Asiyada ilk…

  • 2019-05-18 11:01:31
  • |
  • Dünya /

Tayvanda eynicinslilərin kəbininə icazə verildi – Asiyada ilk…

Tayvan administrasiyasının başçısı Tsay İnven eynicinslilərin kəbinini tanımaq barədə parlamentin qərarını elan edib.

Hurriyyet.org azpolitika.info-ya istinadən bildirir ki, o, bu addımı xeyli pozitiv qiymətləndirib və Asiyada demokratik dəyərlərə can atmağın nümayişi adlandırıb.
«Biz, gerçək bərabərliyə doğru böyük addım atdıq və Tayvanı daha da gözəl etdik» – deyə, xanım İnven öz «Tvitter» səhifəsində yazıb.

Uyğun qanun layihəsi ikinci oxunuşda – dövlət idarələrində kəbinin qeydə alınması üzrə 4-cü maddənin dəstəklənməsindən sonra qəbul olunub.

İndi qanun layihəsi üçüncü dinləmədən keçməlidir. Proses uğurla başa çatdıqdan sonra, Tayvan Asiya bölgəsində eynicinslilərin kəbininə icazə verən ilk olacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA