“Təhlükəsiz bölgəni düzgün şəkildə qursa bilsək, YPG-ni sərhəddən çıxaracağıq” - AMERİKALI MÜŞAVİR

  • 2019-04-16 15:05:29
  • |
  • Dünya /

“Təhlükəsiz bölgəni düzgün şəkildə qursa bilsək, YPG-ni sərhəddən çıxaracağıq” - AMERİKALI MÜŞAVİR

Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinın Suriya əməliyyatları üzrə baş müşaviri, istefada olan polkovnik Riç Outzen deyib: “Təhlükəsiz bölgənin düzgün şəkildə qurulmasını təmin eləsək, YPG-ni və ağır silahları sərhəddən çıxaracağıq”.

Outzen Siyasət və Cəmiyyət Araşdırmaları Fondunun Vaşinqtondakı ofisində (SETA DC) təşkil edilən “Suriyada ABŞ-Türkiyə əməkdaşlığındakı çətinliklər” adlı müzakirədə çıxış edib. Suriyada Türkiyə-ABŞ əməkdaşlığının uğursuz olmasını heç kimin görmək istəmədiyini bildirən Outzen, ABŞ-ın YPG ilə olan əlaqəsini “İŞİD ilə mübarizədə vasitə” adlandırıb.

Outzen deyib: “ABŞ Suriyadan sadəcə hərbçilərini çıxarır”. O, Fərat çatının şərq sahilləri ilə bağlı problemin ABŞ ilə Türkiyə arasında “ən böyük anlaşılmazlıq” olduğunu bildirərək deyib: “Ərəblərin sıx yaşadıqları yerlərdə yerli təhlükəsizlik qüvvələri də ərəb olmalıdır. Bu məsələdə ABŞ və Türkiyə həmrəydirlər. Türkiyənin sərhədindəki YPG qüvvələrinə qarşı çox güclü və məntiqli etirazı var. Sərhəd bölgəsinin tarixinə, YPG ilə PKK arasındaki əlaqəyə və PKK-nın illərlə Türkiyəyə qarşı yürütdüyü kampaniyaya nəzər salınan zaman bu arqumentə bir qədər müsbət yanaşçağımız lazımdır. Lakin Türkiyənin bu problemi həll eləməsi və YPG-ni sərhəddən təmizləməsi üçün birtərəfli böyük bir hərbi əməliyyata başlaması lazımdırmı? Məncə, lazım deyil, çünki hər iki tərəfdə də prezidentlərin barəsində danışdıqları və bizim də üzərində işlədiyimiz təhlükəsiz bölgə bu problemin həllidir. Təhlükəsiz bölgənin düzgün şəkildə qurulmasını təmin eləsək, YPG-ni sərhəddən çıxaracağıq və ağır silahlar da çıxarılmış olacaqdır”.

Suriyanın şimal-şərqində yeni bir xəritə çəkmək üçün çalışmadıqlarını bildirən Outzen deyib: “Sağlam, vahid və demokratik bir Suriya görmək istəyirik”.

SETA-nın baş koordinatoru professor Burhanettin Duran isə YPG-nin Türkiyə-Suriya sərhəddindən təmizlənməsinin və təhlükəsiz bölgənin Türkiyə üçün çox mühüm olduğunu bildirərək Türkiyənin YPG-dən gələcək heç bir təhdidi qəbul eləməcəyini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA