Tehran Mehridə İrəvanla azad iqtisadi zona açır, Sergey Lavrov isə xəbərdarlıq edir: “İranla nüvə sazişi pozula bilər” - TƏHLİL

Tehran Mehridə İrəvanla azad iqtisadi zona açır, Sergey Lavrov isə xəbərdarlıq edir: “İranla nüvə sazişi pozula bilər” - TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 01.12.2017

İran xarici işlər nazirinin bu günlərdə Ermənistana baş tutmuş səfəri  iki ölkənin xarici siyasət idarələri başçıları arasnıda danışıqlar aparılması, ikitərəfli münasibətlər məsələsinin müzakirəsi, bölgəsəl və beynəlxalq siyasət üzrə fikir mübadiləsini nəzərdə tuturdu.

Zərif İrəvanda təkcə erməni həmkarı Edvard Nalbandyanla görüşməyərək işin bu bölümünü yerinə yetirib. İran XİN başçısı, onun sözlərinə görə, “əldə edilmiş anlaşmalar üzrə sonrakı addımları və qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə etmək üçün qarşılıqlı maraq kəsb edən sahələrin aparıcı təmsilçiləri” daxil olan nümayəndə heyətinə başçılıq edib.

Onların hamısı Ermənistan və İran hökumətlərarası komissiyasının planlaşdırdığı toplantı ərəfəsində Zəriflə birgə Ermənistan-İran biznes forumuna qatılıb. Lakin bu mənada İran heyətinin başında xarici işlər nazirini deyil, deyək ki, İranın ticari-iqtisadi sahədə dövlətlərarası əməkdaşlığa nəzarət edən birinci vitse-prezidenti İshaq Cahangirini görmək məntiqli olardı. Uyğun olaraq, Tehran üçün indi siyasət, daha dəqiqi, geopolitika ilk yerdədir. Bax, buna görə Rusiya XİN başçısı Sergey Lavrov İranın nüvə sazişinin mümkün pozulması haqda xəbərdarlıq edib. ABŞ prezidenti Donald Tramp əvvəllər dəfələrlə açıq şəkildə iddia edib ki, sazişin “yaxşılaşdırılması” üzrə Ağ Evin səyləri puç olsa, onda Vaşinqton ondan çıxacaq. İŞİD üzərində qələbə elan edildikdən sonra Səudiyyə Ərəbistanı müsəlman ölkələrinin əks-terror koalisiyasının yaradılmasını bildirməklə “gözlənilməz gediş” edib. Rəsmi bəyanatda deyilib ki, əsasən sünni əhalili 41 ölkənin daxil olduğu “panislam” koalisiyası “terrorizm və zorakı ekstremizmlə kürəsəl mübarizə çərçivəsində bu ölkələrin fərdi səylərini genişləndirəcək və əlaqələndirəcək”.

Lakin İŞİD-dən sonra “baş terrorçu”nun yerini kim tutmalıdır? Pentaqon başçısı Ceyms Mettis artıq bildirib ki, “İran dövlət səviyyəsində terrorizmə dəstək verən ölkədir”. “Amerikanın səsi” bununla bağlı birbaşa işarə edir ki, “müsəlman NATO-su” deyilən qurum “şiə İranı, Suriyası və İraqının simasında rəqiblərə qarşı” mübarizəyə yönəlib. Hər şey bu qayda ilə Tehranla Vaşinqtonun, həmçinin onların Yaxın Şərq müttəfiqlərinin qarşılıqlı münasibətlərində kəskin gərginləşməyə gedir.

Bununla bərabər, Amerika ekspertlərinin əksəriyyəti İranla birbaşa hərbi toqquşmanı istisna edərək güman edirlər ki, bu ölkədə İraq və Suriya tipli ssenari mümkündür. Qarışıqlıq Tehrana qədər gedib çıxacağı halda Azərbaycan və Ermənistan özünü necə aparacaq? Bakı son zamanlar İranla Rusiyaya çıxmaqla Cənub-Şimal logistika dəhlizinin inşasını qurtarmağa can atır. Lakin Cənubi (İran) Azərbaycan “kartı” riskə qoyulsa, Azərbaycanın İran dəhlizini bağlayacağı ehtimalı böyükdür. İranda “öz Azərbaycanı və yaxud Kürdüstanı” olmayan Ermənistan başqa durumdadır. Tehran üçün İrəvan isə Avrasiya İqtisadi Birliyinə (AİB) və hətta KTMT-yə birbaşa çıxışdır. Bununla yanaşı özü mühasirədə olan Ermənistan, çətin ki, İrana qarşı sanksiyalara qoşular ki, bu da Tehranın Cənubi Qafqazda strateji siyasəti önəmli, mümkün özünəxas şərhidir. Zərifin İrəvanda beynəlxalq meydançalarda dəstəyə görə Ermənistan tərəfinə təşəkkür ifadə etməyi təsadüfi deyil. Hətta bildirib ki, “Ermənistan bölgədə barışıq və sabitliyin saxlanması üçün işləyir”.

Bununla bərabər nazirin Ermənistan səfərinin iqtisadi tərkibi də müəyyən dərəcədə gurultulu görünür. Dekabrın 15-də Mehridə “Araz” iqtisadi zonasına çıxışı olan Azad İqtisadi Zona (AİZ) açılacaq.

Qeyd edək ki, Amerika eksperti Pol Qobl bir zamanlar Mehrini Azərbaycana verməyi və yaxud beynəlxalq nəzarət altında Bakı tərəfindən güzəştlə Dağlıq Qarabağla Laçın dəhlzini mübadilə etməyi təklif edib. Bu, Azərbaycanın Naxçıvan muxtariyyəti üzərindən birbaşa Türkiyə ilə bağlayardı. Amma İran indi AİZ açaraq bu qayda ilə, hər şeydən əvvəl, AİB bazarına birbaşa çıxış əldə edir. Tərəflər perspektivdə həm energetika, həm də nəqliyyat sahəsində öz konkret maraqlarını ifadə edəcəklər. Türkmənistan-İran-Ermənistan və Fars körfəzi-Qara dəniz qaz layihələri baş tuta bilər.

Bunu da qeyd etmək önəmlidir ki, Zərifin İrəvan səfəri Brüsseldə Ermənistanın AB ilə çərçivə sazişi imzalamasından bir-iki gün sonra olub ki, Bakı da bundan narazıdır. “Qonşu müsəlman ölkənin naziri Ermənistanın Azərbaycana qarşı təcavüzünə, ərazisinin beşdə birinin işğalına, bir milyon azərbaycanlının öz evindən qovulmasına, onları qaçqın həyatına məhkum etməyə necə məhəl qoymaya və bununla yanaşı Ermənistanı barış və sabitliyin zamini adlandıra bilər? – Bakılı politoloq Qabil Hüseynli səslənir. – O, Ermənistanın tərifini göylərə qaldırır, sanki qardaş xalqın dünya siyasətində rolundan danışır”.

Amma bütün bu bəlağət məktəblilər üçündür. Tehranın İrəvana dair siyasətində Azərbaycan dəhlizinə paralel ticarət-iqtisadi logistika yaratmaq cəhdi görən ekspertlərlə razılaşmaq olar. Bu bildirir ki, Tehran Cənubi Qafqazda Azərbaycan və Ermənistanla əməkdaşlığın bütün risklərini ölçüb-biçir, fors-major halı üçün “lehinə” və “əleyhinə”ni hesablayır.

Bu arada isə Azərbaycan prezidenti İlham Əliyev yeddinci “Asiyanın qəlbi-İstanbul prosesi” ministerialına qatılmaq üçün Bakıda olan Zərifi qəbul edib.

Tərcümə Strateq.az-ındır.

  • Hamısı
  • Loading...

    QALEREYA