Tehran Qarabağ probleminin həllindən niyə qorxur?

Tehran Qarabağ probleminin həllindən niyə qorxur?

Ermənistanda son bir ildə həbri xunta rejiminin devrilməsinin ardından iqtidara gələn mülki cəmiyyətin sayəsində Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması və qondarma “Dağlıq Qarabağ rejimi”nin iflasa uğraması prosesləri göz önündədir. İrəvanda mülki cəmiyyət hökumətinin qurulmasının ardından əndişəyə düşən İran molla rejimi Ermənistanı təhdid yolunu seçib. Bu, ölkədə ən ucuz ərzaq, sənaye və ticarət mallarının İrandan Ermənisatana gətirilməsinin qarşısının alınması deməkdir. Beləliklə Tehran rejimi İrəvana qarşı sabotaj taktikasını sərgiləyir.

Nikol Paşinyanın “məcburi” addımı

Son parlament seçkilərinin ardından erməni şovinizmi siyasətini yüz ildir sürdürən “Hançak”, “Ramkavar Azatakan” və “Daşnaksütyun” partiyaları iflasa uğrayıblar. Daşnaklar məcbur olaraq mərkəzi qərargahlarını Tehranda yerləşdiriblər. 26 fevral 2019-cu il tarixində keçmiş “hərbi xunta rejimi”nin tör-töküntüləri İrəvanda mitinq-yürüş keçirərək: “Qarabağı heç zaman geri qaytarmayacağıq”, “Qarabağ qədim erməni torpağıdır”, “Qarabağ Ermənistana birləşməlidir”, “Türk faşizminə ölüm” və digər şüarları səsləndirdilər. Bu, aksiya baş nazir Nikol Paşinyanın Tehran səfəri öncəsi baş tutdu. Tehranda havalimanında molla rejiminin prezidenti Həsən Ruhani N. Paşinyanı qəbul etmədi. Bunu N. Paşinyanın baş nazir statusu ilə əlaqələndirdilər.
N. Paşinyan Tehranda bir sıra ağır şərtlərlə üz-üzə qaldı. İrandan Ermənistana öncələr olduğu kimi ucuz qiymətə yanacaq qazı, elektrik enerjisi, neft və ərzaq məhsullarının, texniki avadanlıqların və ticarət mallarının alınması məsələsi müzakirə mövzusu oldu. Tehran rejimi incə şəkildə N. Paşinyanı təhdid edərək bütün məhsulların qiymətlərinin arta biləcəyini izah etməyə çalışdı. Durumun belə bir məcraya yönəlməsi isə, İrəvanda gözlənilən iqtisadi və sosial böhranlara yol açacağı təhlükəsi izah olundu.
N. Paşinyan üçün öncədən cızılmış ssenari və protokol şərtləri əsasında o İran molla rejiminin baş ruhanisi Seyidəli Xameneyi və onun rəhbərlik etdiyi “Xübrəqan Məclisi”nin üzvləri ilə görüşmək zorunda qaldı. Bu iriçəkili din xadimləri N. Paşinyana incə şəkildə “Dağlıq Qarabağdakı hərbi xunta rejimi”nin devrilməsi ssenarisindən kənarda durmasını anlatmağa çalışdılar. O, bu təhdiddən çəkinərək 1957-ci ildən fəaliyyət göstərən, 40 ildir molla rejiminin himayəsi altında çalışan “Ararat-Erməni Mərkəzi”nin toplantısına qatıldı. Burada salonda aslımış: “Qarabağ və işğal olunmuş ərazilər qədim erməni torpaqlarıdır” plakatının qarşısında “selfi” şəkdirmək zorunda qaldı.

“Anti İran koalisiyası” və İrəvanın manevrləri

Başda ABŞ olmaqla, Avropa Birliyinin üzvü olan əksər dövlətlər İran molla rejimini artıq nəinki blokadaya almışlar, hətta koalisiyanın tərəfdarlarının sayını da artırmışlar. Belə ki, öncələr Səudiyyə Ərəbistanı başda olmaqla sünnü məzhəbli və din pərdəsi altında radikal islam və terrorizm siyasəti yürüdən təşkilatlar artıq iflasa uğrayıblar. “Taliban”, “Hizbu Təhrir”, “Əl Qaidə”, “Nurçu”, “İxvanül əl Müslimin”, “İŞID”, “Sələfizm”, “Əş Səhab”, “Boko Həram”, “Məutə”, “Müaviyə Məzhəbçiləri”, “İBDA-C”, “Əl Cihad”, “Əl Qiyam”, “Ət Təfkir vəl Hicr”, “Əl Camə Camaat ül Fükra”, “Komando Cihad”, “Münəzzəmət ət Təhrir əl İslami”, “Hərəkət ül Ənsər” və digər yüzlərcə radikal islamçı təşkilatların müsəlman ölkələrində hakimiyyətə gəlmək iddialarını terror yolu ilə həll etmək anlayışı demək olar ki, iflasa uğrayıb. Əlcəzair, Tunis, Misir, İraq, İordaniya, Küveyt, Bəhreyn, Mərakeş və digər islam ölkələrində seçkili yolla ölkə nizamı proyektləri həyata keçirilir. Bununla yanaşı, sosial-iqtisadi həyat nizamı da formalaşmağa başlayıbdır. Yaxın Şərqdə bu uğurlarla yanaşı, terror siyasəti demək olar ki, hələ bitməyib. Çünki, İran molla rejimi “şiə-cəfəri”, “husi”, “imamət”, “fatimiyyə”, “isnəşəriət”, “zeydilik”, “bakirilik”, nəvslik”, “əftəhitilik”, “ismaili”, müsəvik”, “druz”, “əl əşarilik”, “naubəxtilik”, “ələvilik”, “nüsrəilik”, “kaysanilik”, “şeyxilik” və digər ideoloji düstur şərtləri içində barışmaz radikal islam siyasətini yürütməkdədir. Suriya, Yəmən, Sudan, Əfqanıstan, Pakistan, Livan, Fələstin, Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan, Gürcüstan, Dağıstan, Tacikstan və digər ölkələrdə hədəflərini həyata keçirmək planlarından əl çəkmək fikrində deyil. Beləliklə “Əl Nüsrə”, “Hizbullah”, “Həməs”, “FƏTH”, “Suriya İslam Cəbhəsi”, “Pakistan İslami Cihad Hərəkatı”, “Fələstin İslami Cihad Təşkilatı”, “Cəmiyyəti Fidaian İslami”, “Cundullah” və digər təşkilatlar Tehran rejiminin iradəsi ilə hərəkət edirlər. Bütün bunlar təbii olaraq, beynəlxalq birliyi, xüsusilə demokratik dövlət siyasətinin yanında yer alan dövlətləri narahat edir. Elə buna görə də beynəlxalq miqyasda İran molla rejiminə qarşı iqtisadi və maliyyə embarqoları tətbiq olunub. Rəsmi Tehran bunu nəzərə alaraq, yaranmış durumdan çıxış yolları arayır və manevrlər etmək yolu ilə öz mənfəətləri çərçivəsində bir sıra “zəruri” addımlar atmağa çalışır. O da bəllidir ki, Ermənistan faktiki olaraq dotasiya ilə yaşayır. İranda sosial-iqtisadi həyat tərzi tənəzzülə uğradığı üçün, molla rejimi “Cənubi Qafqaz” doktrinasını gündəmə gətirməyə çalışır. Bu prosesdə ermənilərlə tarixi ittifaqlarına yeni məzmun və xarakter vermək üçün çabalar göstərir. Livan, Suriya, İran, İraq, Misir, Liviya və digər Orta Şərq ölkələrində yaşayan erməni icmalarının Tehran rejiminin “patronajlığı” məsələsi beləcə gündəmə gəlibdir. İrəvan bu prosesdə Tehran rejiminin yanında qalmaq zorundadır.

“Qarabağ düyünü” və İran

Cənubi Qafqaz üzrə siyasi ekspertlərin son bir ildə gəldiyi qənaətə görə Ermənistanda qələbə çalan mülki cəmiyyət ideyasının tərəfdarlarının mövqeləri güclənən kimi, sırada qondarma “Dağlıq Qarabağ rejimi”nin süquta uğraması qaçınılmaz prosesə çevrilib. Belə bir durumun yaranması “Qarabağ düyünü”nün həlli deməkdir. Ona görə də siyasi avantüraları gündəmə gətirən Tehran molla rejimi prosesi əngəlləməyə çalışır. Azərbaycan Respublikasında İran molla rejimi tərəfindən idarə olunan AİP (Azərbaycan İslam Partiyassı) və onun sosial bazası əsasında yaradılmış “Qarabağ İslami Azadlıq Hərəkatı” “Qarabağ düyünü”nün həllinə mane olmaq həədəfinə xidmət edir. Çünki, “Qarabağ İslami Azadlıq Hərəkatı”nın adını siyasiləşdirməklə bölgədə süni şəkildə “xristian-islam” qarşıdurması tipli beynəlxalq təbliğat şəbəkəsinin yaradılmasına ümid edir. Bəs Tehran molla rejimi nədən Qarabağ preobleminin həll olunmasına qarşı çıxır? Bu sualın tək cavabı budur: “Azərbaycan işğal olunmuş ərazilərinə sahib çıxacağı təqdirdə, Cənubi Qafqazın ən güclü bir dövləti olacaqdır”.
Bunu tarixi etnokulturoloji, iqtisadi, sosial və digər qaynaqlar da sübut edir. Cənubi Qafqazda erməni, gürcü və digər xalqların toplam sayları azərbaycanlıların ümumi sayının yarısı deməkdir. Ermənistan və İran dövlətləri ona görə də, mövhumatçı azərbaycanlı obrazının dərinləşməsi siyasətində ortaq mövqe tuturlar. Bundan əlavə, Azərbaycan Respublikasına qarşı “milli azlıqlar” siyasətinin dərinləşməsinə, vətəndaş cəmiyyətinin parçalanmasına çalışırlar. Bə bu iki dövlət tərəfindən son ilərdə qabardılan, etnik separatizmi körükləyən “Talışstan”, “Ləzgistan”, “Şirvan-Tat”, “Artsax” və “Avarstan” ideyalarının arxasında məhz bu hədəflər dayanır. Buna görə də süni şəkildə “Azərbaycan federal dövlət olmalıdır” tipli ideyalar üçün milyonlar xərcləyirlər. Qafqaz xalqlarının birliyini pozmaq üçün 14 fevral 2019-cu ildə Moskvada “çeçen-azərbaycanlı qarşıdurması” konfliktinin arxasında bu iki dövlətin duması qısa zamanda ifşa olundu. Azərbaycanın bir dövlət olaraq tarixi “İPƏK YOLU” əsasında dünyanın ən nəhəng proyektlərini gündəmə gətirməsi isə, Tehran molla rejiminin iflası deməkdir. Orta Asiya, Xəzərətrafı ölkələr, Cənubi Qafqaz və Avropa ilə uzlaşacaq bu proyektlərin tən mərkəzində Azərbaycan dövləti dayanır. Buna görə də “Qarabağ düyünü”nün həllinə bütün imkanları ilə mane olmağa çalışılır.

Silahlanan molla rejimi

Yaxın Şərq ölkələrində son illərdə yaşanılan vətəndaş müharibələri, təriqət-məzhəb savaşları, diktator rejimlərinin dağılması prosesində ən çox qazanan tərəf Tehran molla rejimi oldu. İran hakimiyyəti bir yandan dünya bazarında neftin, digər yandan isə silah bazarında daha da varlandı. Bu gün əldə etdiyi gəlirlərlə Yaxın Şərqdə ən iri silahlara malik olan molla rejimi bütün qonşu ölkələri təhdid yolunu tutub. Azərbaycan dövlətini təhdid etmək üçün Ermənistanı öz müttəfiqinə çevirməyə çalışır. Tehranda ermənilərə dəstək verən molla rejimi 26 fevral tarixində onların Türkiyə səfirliyinin binası qarşısında keçirdikləri “Türklərə ölüm”, “Harada bir türkün izi varsa, orada fəlakət yaşanılır” və

digər şüarlar səsləndirildi. Halbuki, Tehranda, Təbrizdə, Ərdəbildə, Urmuda və digər iri şəhərlərdə soydaşlarımızın Qarabağ həqiqətləri ilə bağlı 29 ildir keçirmək istədikləri aksiyalar molla rejimi tərəfindən yasaq olunub. Hətta “icazəsiz aksiya” keçirmək üçün addım atanları həbsxanalara salıblar. Onlara ən ağır işgəncələr verilib. Bakıdakı İran səfirliyi yaranmış böhrandan çıxış nöqtəsi kimi, öz əlaltıları vasitəsilə bir sıra yalanlar uydurmaqla Azərbaycan cəmiyyətini aldatmağa çalışdı. Ancaq, bütün təşəbbüsləri iflasa uğradı. Ortada Tehrandakı “Ararat Erməni Klubu”ndan çəkilmiş foto sənədlər və video süjetlərin olmasına baxmayaraq, İranın Bakıdakı səfiri Əli Musəvi özünü bilməməzliyə vuuraraq, onun belə bir “informasiyadan məlumatı olmadığı”nı bildirib. Hərbi və ideoloji baxımdan silahlanmağı tərcih edən Tehran rejiminin mahiyyəti elə bu dəfə Azərbaycan Respublikasında, Güney Azərbaycanda və bütün milli diaspor təşkilatlarımız tərəfindən çox ciddi şəkildə qınandı. Faktiki olaraq, milli həmrəyliyimizin güclünməsi baxımından Tehran-İrəvan işbirliyinə cavab kimi atılan addımları təqdir etməyin və bu prosesin ictimailəşdirilməsi günümüzün ən vacib təməl prinsipinə çevirməyin zamanıdır.

Ə. Yusifoğlu

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA