Tehran rejiminin İraq üzərindən anti-Azərbaycan siyasəti

Tehran rejiminin İraq üzərindən anti-Azərbaycan siyasəti

Ölkəmizdə “şəriət dövləti” qurmaqla regionu terror yuvasına çevirmək İranın 40 ildir apardığı siyasətin strateji hədəflərindən biridir

İraq diktatoru Səddam Hüseyn rejimi devrildikdən sonra, bölgədə Tehran rejiminin mövqeləri gücləndi. London “Kral İnstitutu”nun beynəlxalq şöbəsinin əməkdaşı May Yamani belə yazır: “İndi İraq Orta Şərqdə daha təhlükəli bir bölgəyə çevrilibdir. Gözlənilmədən zəngin neft-qaz yataqlarına sahib çıxmaq üçün İran molla rejimi yerli cəfəriləri silahlandırmaq, sosiallaşdırmaq və gücə çevirməklə “ikihakimiyyətlilik” sistemini formalaşdırıb. Tehran rejimi neft-qaz yataqları ilə zəngin olan Səudiyyə Ərəbistanının şərqindəki husiləri, Bəhreyn və Cənubi İraqı ideoloji baxımdan təsiri altına almaqla 2011-ci ildən Orta Şərqdə qorxulu “barıt çəlləyi”nin düzənini yaradıb. Məzhəb adı altında İraq, Bəhreyn, Səudiyyə Ərəbistanında vətəndaş müharibəsi daha böyük problemlərə yol aça bilər. Müktəda əs Sədrin rəhbərliyi ilə İraqda “Bəsrə” dövlətinin qurulması istiqamətində aparılan siyasət də buna xidmət edir. Bölgədə Tehran rejiminin prinsiplərinə uyğun idarəetmə, teokratik model şərtləri daxilində siyasi avantüraların məkanına çevrilmə yönündə atılan addımlar bir daha isbat edir ki, Tehran rejimi geri çəkilmək fikrində deyil və beynəlxalq terrorizmi müdafiə edir”.

Bağdadda Bakını ittiham edən oyun qaydaları

İraqın 41 milyon 703 min nəfər əhalisi var. Onların 65 faizi cəfəri məzhəbinə mənsub olduqları üçün, 40 ildir Tehran rejimini idarə edən molla rejimi burada hər an istənilən provakativ addımlarında problemlərlə qarşılaşmır. Azərbaycan Respublikasına qarşı Yaxın Şərq siyasətində Tehran rejimi oyunlarını İraq üzərindən önə çəkir. İraq parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Şahəvan Abdullanın özü də etiraf edib ki, ölkədə İran yönlü silahlı qruplaşmaların tərkibində Tehran rejiminə aid 30 minlik hezbollahçı hərbi birləşmə mövcuddur. Onlar “Əl Həşd Əl Şaabi” hərbi qüvvələrinin tərkibində yerləşiblər. Müşahidəçilərin qeyd etdiyinə görə bu ordunun hərbi gücü 100 nəfər əsgərdən çoxdur. “Əl Həşd Əl Şaab” komandanlığı özünə haqq qazandırmaq üçün guya “İŞID”, “Əl Qaidə”, “Ən Nüsrə Cəbhəsi”, “Ənsar ən Sünnə”, “Nəqşibəndi Ordusu”, “Ceyşe Mühəmməd” və digər radikal terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün bu addımları atmaq zorunda qalıb. Əslində Tehran rejiminin amacı İraqı tamamilə təsir altında saxlamaq və Yaxın Şərqdə söz sahibi olmaqdır. Bütün bunları nəzarətə almaqla İran molla rejimi duruma görə Suriya, Bəhreyn, Oman, Sudan, Səudiyyə Ərəbistanı, Türkiyə və Azərbaycanla bağlı hədəflərini irəli sürür. Çox zaman Tehran rejimi İraqdakı dayaqlarının vasitəsilə öz maraqlarını ifadə edir.
Son bir həftədə İraqdakı bir sıra səbbəxanaların partladılmasının arxasında ABŞ-ın olmasını bildirməklə yeni provakativ fikirləri səsləndirilir. Belə ki, “Haşdi Saabi” milis güclərininə bağlı silah anbarlarının və müdafiə mərkəzlərinin partladılması ilə bağlı verilən açıqlamada qaranlıq qalan mətləblərə guya aydınlıq gətirilib. Belə ki, “Haşdi Saabi” milis güclərinin komandan müavini Əbu Mehdi Mühəndisinin açıqlamasında belə bir fikir irəli sürülüb: “ABŞ-a məxsus pilotsuz döyüş aparatları vasitəsilə İraqda borbardman siyasəti aparılır. İraqın hava məkanını pozaraq bombardman siyasəti əslində bizləri hədəfə alıb. Çünki, İraqın güclənməsini istəməyən dövlətlər arasında ABŞ ilk sırada yer alır. Beləliklə ABŞ-a məxsus döyüş təyyarələri İŞID-ı deyil, bizləri hədəfə alıb”.

Əbu Mehdi Mühəndisi başqa bir açıqlamasında qeyd edir ki: “ABŞ-ın xəzinə nazirliyi İraqdakı öz tərəfdarlarına yönəltdiyi yatırımların sayəsində hədəflərini önə çəkməyə çalışır. ABŞ-ın Azərbaycan üzərindən 4 pilotsuz təyyarəsi İraqın hava məkanını pozaraq bizə məxsus bazalarımızı nəzarətə almaq hədəflərini ortaya qoyubdur. Bu barədə əlimizdə yetərli bilgilər var. İraqın hava məkanı üzərində ABŞ təyyarələrinin uçuş saatları və hansı ölkə üzərindən qalxması barəsində məlumatlarımız az deyil. Bunu “Vahid Əməliyyat Komandanlığı və Havadan Müdafiə Qüvvələrinə təqdim etmişik”. Halbuki, “Haşdi Saabi” milis gücləri belə bir provakativ fikirləri gündəmə gətirməklə əsas hədəflərdən yayınmaq taktikasını sərgiləyir. Bağdadla Səlahəddin arasında yerləşən Bələd bölgəsindəki “Haşdi Saabi” hərbi hava qüvvələrinə məxsus silah-sursat anbarında güclü partlayış baş verib, çox sayda silahlar partlayıb, 1 nəfər ölüb və 29 nəfər ağır yaralanıbdır. Yerli müşahidəçilər bildirirlər ki, terror hadisəsi ilə bağlı ilginc faktlar var. Korrupsiya və rüşvətxorluğun miqyasını təyin etmək mümkün deyil. Çünki, İraq üzərindən Yaxın Şərqdə qara bazarda silah biznesində Tehran rejimi ilk sırada yer alır. Bununla yanaşı, İran İraqda yerli cəfərilərdən ibarət silahlı birliklər yaratmaqla və onlardan öz məqsəi üçün istifadə etməklə daha çox gəlir mənbələrini yaradıb. Bomboş anbarları partlatmaqla əlindəki silahları Suriya və digər ölkələrə ixrac edərək hədəfdən yayınmaq azmış kimi, öz kələklərini başqa ölkələrin üzərinə atmaq taktikasını gündəmə gətirib. Bu məqsədlə bütün günahları isə ABŞ, İsrail və Azərbaycan Respublikasına qarşı yönəldir.

Azərbaycanı beynəlxalq skandallara sürükləmək hədəfləri

İraqda baş verən terror hadisələrinin ardından Tehran rejiminin dolayı yolla nəzarət etdiyi “ərəbdilli” KİV-lərdə gen-bol informasiyaların yayılması məhz bu amillərə görə baş verir. Azərbaycan Respublikasının ərəb dövlətləri ilə son illərdə həyata keçirdiyi yeni münasibətlər sayəsində qarşlıqlı inkişafı dünya birliyi də görür. Turizm, ticarət, maliyyə, yatırım və digər sahələrdə əldə edilən uğurlardan hər bir dövlət yüksək gəlir götürür. Təbii olaraq bu münasibıtlər Tehran rejiminin nəzərindən heç də yayınmır. Azərbaycanın Qərb dövlətləri ilə yanaşı, Yaxın Şərqlə uzlaşdırılmış şəkildə apardığı bu siyasət İran və Ermənistanın maraqlarının əleyhində olması kimi qələmə verilir. Bu iki dövlətdə aparılan təbliğatlardan biri də: “Azərbaycan Respublikası ABŞ və İsrailin dəstəyi ilə Yaxın Şərq üçün əsas mərkəzlərdən birinə çevrilib. ABŞ İsrailə pilotsuz təyyarələrini Azərbaycan üzərindən daşıyır. Bu, İran və İraqı istənilən an bombardman etmək hədəflərini güdür”. Yaxın Şərq üzrə əksər müşahidəçilərin fikrincə bu, İranın dolayı yolla Azərbaycan Respublikasına qarşı yeni təzyiq metodu deməkdir. Bu provakasiyaların dərinləşməsində erməni lobbisinin də əməyi az deyil. İqtisadi baxımdan inkişaf edən Azərbaycanın nəqliyyat koridoru statusu sayəsində son illərdə milli gəlirlərinin artması və investisiya bazarının güclənməsi Ermənistanı narahat edən amillərdən biridir. Cənubi Qafqazın supergücünə çevrilən Azərbaycan haqqında bu dəfə yeni texnologiyalara əsaslanan təbliğatların aparılması İrəvanın başağrısı deməkdir. Ermənistan tərəfi iddia edir ki, guya Yaxın Şərqdə idarəolunan terror siyasətində Azərbaycanın xüsusi payı var. Halbuki, İrəvanın bu iddaları İran və Tehran rejiminin yedəyində gedən ərəbdilli KİV-lərdəki təxribatlardan başqa bir şey deyil.

Tehranın təhdid planları və strateji hədəfləri

İranda və İraqda Tehran rejimi tərəfindən idarə olunan radikal dini qruplaşmalar yeni təxribatlara üz tutaraq Azərbaycan Respublikasını KİV-lərdə və sosial şəbəkələrdə ittiham edən informasiyalar yaymaqla inanclı şəxslər arasında daha sərt xarakterli baxışların formalaşmasına çalışırlar. Bu sahədə saxtakarlıq edərək özünü Şeyx adlandıran Tohid İbrahimbəylinin və onun qrupu tərəfindən aparılan informasiya savaşı buna örnəkdir. Tehran rejimi tərəfindən idarə olunan nur-az.com şəbəkəsində faktiki olaraq hər gün Azərbaycan Respublikasına qarşı yeni təxribatlar sərgilənir. “İran İslam İnqilabı”nın dini rəhbəri Ayətullah Seyidəli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin son günlərdə verdiyi açıqlamalar və fetvalar da Azərbaycan Respublikasını təhdid edən faktlardan biridir. Onun hər çıxışı ölkəmizdəki sadə dindarları, Tehran rejiminə dayaq olmağı özlərinə hədəf seçmiş qrupları dövlətçiliyə qarşı atacağı addımları hədəfə alıbdır. Ərdəbilin imamcüməsi Ayətullah Seyid Həsən Amuli İraqda baş verən son terror olayları ilə bağlı bunları açıqlayıb: “Azərbaycan hökumətinin xəyanət cürəti artdı. Bir neçə il öncə pilotsuz təyyarə qalxdı və İsfəhandakı nüvə mərkəzində cəsusluq məqsədilə fəaliyyət göstərdi. İran tərəfi pilotsuz təyyarəni vuranda bəlli oldu ki, təyyarə İsrailə aiddir. O zaman İran bunu susqunluqla qarşçıladı. İndi görürük ki, səhv etmişik. Çünki, susmağımız qonşu dövlətin cürətini artırıb. Maraqlı məqam odur ki, İsrailin və ABŞ-ın Türkiyədə hərbi bazaları var və oradan Suriya və İraq ərazisinə təcavüz ediblər. Bəs niyə məhz Həşdi Şəəbini vurmaq üçün Azərbaycanı seçiblər?”
Tohid İbrahimbəyli “İslam müqavimət hərəkatı” kimi adlandırılan “Həşdu Şəəbi”nin hərbi bazalarının bombardman edilməsini lənətləyən açıqlamalar verib. O, çıxışında saxtakarlıq edərək “Qarabağın azad edilməsində hər an hazır olduqları”nı deməklə İraq Türkmanlarına işarə etməklə Tehran rejiminin siyasi provakasiyalarını gündəmə gətirib. Beləliklə inanclı şəxslərin dini görüşlərindən sui-istifadə edərək əhalini rəsmi hakimiyyətə qarşı üsyana səsləyir. O da bəllidir ki, Tohid İbrahimbəyli bilmədən etiraf edir ki, İran kəşfiyyatı Azərbaycan Respublikasının bütün hərbi hissələri və strateji mərkəzləri haqqında ciddi şəkildə cəsusluq yuvaları qurub. O, “Hüseyniyyun” terror təşkilatının İraq, Suriya və İrandakı hərbi qruplaşmaları barəsində əsəbi şəkildə çıxışında etiraflar edib. Radikal terror qruplaşmaları “Həşdu Şəbii”, “Hezbollah” və “Ənsərullah”ı Tehran rejiminin terrorimzinin “QIRMIZI XƏTTİ” olduğunu etiraf edir. Beləliklə “siyasi islam” doktrinasını önə çəkir.

Azərbaycanda siyasi islamın dövlət quruluşunun dəyişdirilməsi, “şəriət dövləti” qurmaqla regionu tamamilə terror yuvasına çevirmək Tehran rejiminin 40 ildir apardığı siyasətin strateji hədəflərindən biridir. Tehran rejimi tərəfindən Azərbaycan Respublikasının tərkibində yaradılan “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı” (sədri AİP sədri müavini Rövşən Əhmədli), “Müsəlman Birliyi Hərəkatı” (sədri Taleh Bağırzadə), “Hüseyniyyun” Hərəkatı (sədri Tohid İbrahimbəyli) və digər onlarca sayda din pərdəsi altında yaradılan radikal islamçı təşkilatların yürütdükləri siyasət əslində ermənilərin neçə illər öncə “Azərbaycanı Livana, Bakını da Beyruta çevirmək” planının tərkib hissəsidir.

Ənvər Yusifoğlu

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA