Tehranda etirazların keçirilməsi üçün xüsusi park yaradılacaq

Tehranda etirazların keçirilməsi üçün xüsusi park yaradılacaq

Tehran meriyası etirazların keçirilməsi üçün xüsusi parkın yaradılması ideyasını bəyənib.

Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

Müvafiq qərarın meriyanın İranda etiraz aksiyalarına həsr olunmuş sonuncu iclasında qəbul edildiyi bildirilir.

Yeni parkda arzu edən hər bir vətəndaş onu narahat edən istənilən mövzunu azad şəkildə publikanın diqqətinə çatdıra bilər.

Bu parkın Londondakı "Hayd Park"a bənzəyəcəyi deyilir.

Loading...

QALEREYA