Tehranda tələbələr ABŞ-ın “SEPAH qərarı”na etiraz etdilər - FOTO

  • 2019-04-10 15:00:43
  • |
  • Region /

Tehranda tələbələr ABŞ-ın “SEPAH qərarı”na etiraz etdilər - FOTO

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına salması İranda etirazlara səbəb olub.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, bu gün Tehran Universitetinin tələbələri kütləvi aksiya keçirərək ABŞ Dövlət departamentinin qərarına etirazlarını bildiriblər. Əllərində Sepahın emblemini tutan tələbələr “Hamımız Sepah üzvüyük”, “Rədd olsun ədalətsizlik”, “Rədd olsun Amerika” şüarlarını səsləndiriblər.

Qeyd edək ki, aksiyaya Tehran Universitetinin müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələri də qoşulublar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA