Tehranın mərkəzində fars qadından ŞOK HƏRƏKƏT: hicabı çıxardı və... - VİDEO

Tehranın mərkəzində fars qadından ŞOK HƏRƏKƏT: hicabı çıxardı və... - VİDEO

İranın Tehran şəhərinin mərkəzi küçələrindən birində daha bir qadın baş örtüyünü açaraq, hakim rejimin qadınlara zorla qəbul etdirdiyi məcburi hicab siyasətinə etiraz bildirib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir video görüntülərinə əsasən, adı mediaya açıqlanmayan və rejimin qadınlara qarşı zorakılığından boğaza yığılan gənc bir qadın baş örtüyünü açandan sonra üzərində "Başınızdan örtüyü açıb atın" şüarı yazılmış bir pankart qaldırıb.

O, bu hərəkəti ilə digər qadınları da məcburi hicaba qarşı birgə mübarizəyə çağırıb. Etirazçı qadının sonrakı taleyi, onun tutulub-tutulmaması barədə hər hansı bir məlumat yoxdur.

Qeyd edək ki, son bir ildə İranın müxtəlif şəhərlərində onlarla qadın "Məcburi hicaba yox" kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda 40-dan çox qadın həbs edilib.

Xatırladaq ki, İranda qadınların məcburi hicaba qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə "İnqilab küçəsinin qızı" adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

Bu arada, İranın parlament sədrinin köməkçisi Əli Mütəhhəri İranda hicab geyinilməsinin məcburi olmadığını açıqlamışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA