Təhsil işçisinin itkin düşmə səbəbi: nişanlısı ilə dalaşdı, ölkəni tərk etdi

  • 2019-05-21 10:33:04
  • |
  • Ölkə /

Təhsil işçisinin itkin düşmə səbəbi: nişanlısı ilə dalaşdı, ölkəni tərk etdi

Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb.

Hurriyyet.org bildirir ki, bu barədə ölkə.az-a onun atası Qabil Bağırov məlumat verib.

O bildirib ki, oğlu C.Bağırov nişanlısı ilə dalaşdıqdan sonra inciyib və Gürcüstana gedibmiş: "Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər. Ceyhun nişanlısı ilə dalaşdıqdan sonra ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA