Təhsil komitəsinin sabiq sədrindən DİM-ə sərt ittihamlar: “Əlinə qılınc-qalxan götürüb uşaqların qarşısını kəsib ki...”

Təhsil komitəsinin sabiq sədrindən DİM-ə sərt ittihamlar: “Əlinə qılınc-qalxan götürüb uşaqların qarşısını kəsib ki...”

Ali məktəblərə qəbul imhatanında abituriyentlərə təqdim edilən test tapşırıqlarının çətinlik dərəcəsi artıq mütəxəssisləri də narazı salır.

Əksər ekspertlər, təhsil işçiləri, o cümlədən məktəb proqramları ilə işləyən müəllimlər qəbul imtahanındakı test tapşırıqlarının ildən-ilə çətinləşdiyini bidirirlər. Dövlət İmtahan Mərkəzi isə test tərtibindəki problemlərlə razılaşmır.


Milli Məclisin Təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərov Cebhe.info-ya açıqlamasında test suallarının çətinləşdirilməsində məqsəd olduğunu deyib: “Onların məqsədi budur ki, uşaqlar ali məktəbə girə bilməsinlər.

Bu, aydın məsələdir. İmtahan tapşırıqları çox asanlaşmalıdır. Əhalini oxutmağa çalışmalıyıq. Amma əlinə qılınc və qalxan götürüb, uşaqların qarşısını kəsmişik ki, ali məktəbə girməsinlər. Bu, kimə, nəyə qulluq edir? Azərbaycan xalqına, ya Azərbaycan xalqının düşmənlərinə? 17-18 yaşlı cılız gənclərimiz 3-4 dəfə imtahan prosesindən keçir. Nə qədər əsəb və stres keçirir, sağlamlıqlarını itirirlər. Niyə? Bunların ali məktəbə qəbulun fəlsəfəsindən xəbəri yoxdur. Təhsilin siyasətindən xəbərsiz insanlar təhsilə bu cür müdaxilə edirlər”.

Şahlar Əsgərov dünya ölkələrində ali məktəbə qəbul prosesinə də toxunub: “Ölkələr 3 yerə bölünür- çox inkişaf etmiş ölkələr, ikinci dünya ölkələri və zəif inkişaf etmiş ölkələr.

Çox inkişaf etmiş ölkələrdə orta məktəbi bitirən 100 şagirdin hamısı ali təhsilli olmaq istəyir. Universitetdə yer olmadığına görə qəbul imtahanı verirlər. Bizim kimi ölkələrdə heç qəbula ehtiyac yoxdur. Bilirsiz niyə? Çünki bizim orta məktəbi bitirən hər 100 uşağın 16-17-si ali məktəbə qəbul olur. Halbuki, 100 nəfərdən 50-si ali məktəbə qəbul olmalıdır. Belə olan təqdirdə heç qəbul imtahanına ehtiyac yoxdur. Olsa da, həddindən artıq nominal bir şey olmalıdır. Bunu mən 20 ildir ki, deyirəm. Amma qəbulda nə varsa, bütün Azərbaycanı aşağı səviyyəyə salıb. Cənubi Koreyada orta məktəbi bitirən hər 100 uşağın 95-i ali məktəbə qəbul olur. Orada test imtahanına ehtiyac var? Bütün inkişaf etmiş ölkələrdə belədir. Hindistanda orta məktəbi birtəhər bitirənləri instituta götürür, həm də işlədirlər”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA