Təhsil naziri tədris ilinin iyunun 14-dək davam etməsilə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil naziri tədris ilinin iyunun 14-dək davam etməsilə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil naziri Ceyhun Bayramov tədris ilinin iyunun 14-də bitməsi ilə bağlı narazılıqlara münasibət bildirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, nazir xatırladıb ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2015-ci ildən etibarən tədris ili sentyabrın 15-i başayaraq, iyun ayının 14-nə kimi davam edir:

''Artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır. Bu illər ərzində tənzimlənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə üzrə təşkil oluna bilsin.

Onu da qeyd edim ki, dərs ilinin müddətinin dəyişdirilməsi məsələsində orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb. Sentyabrın ayının ilk iki həftəsi ilə iyun ayının ilk iki həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb. Digər göstərici isə havanın rütubətli ilə bağlıdır. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir qədər çətin olur. Sentyabr ayının əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir''.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA