Tək cavablıq test: Məntiq, yoxsa duyğu?

Tək cavablıq test: Məntiq, yoxsa duyğu?

Şəkildən də göründüyü kimi, balaca uşaq yerdə oynayır, iki qadın isə üzbəüz əyləşib.

Sual isə belədir: "Sizcə, uşağın anası hansı qadın ola bilər?" Sadəcə tək cavab olmasına baxmayaraq, bu bir cavab şəxsiyyətiniz haqqında bəzi reallıqları ortaya çıxarır.

1. Əgər soldakı qadını seçmisinizsə:

İnsanların 70%-i təəssüf ki, bu yanlış cavabı seçirlər. Həmin bu cavaba əsasən, bir sıra xarakteristik xüsusiyyətləri qeyd edək.

Siz yaradıcı şəxsiyyətə sahibsiniz. Uşaqlığınızdan bu yana hər şeydə uğurlu olmaq istəmisiniz. Xəyal gücünüz çox böyükdür və nəyisə beyninizdə rəsm kimi xatırlamaq çox asandır. Yaradıclığınız və xəyal gücünüz sayəsində yumor bacarığınız da təqdirəlayidir.

İnəsənət və musiqi ilə sahələrdəki bənzərsiz zövqünüz ətrafınızın sizin fikirlərinizə olan dəyəri artırır. Həmçinin, insanlarla empatiya qurmağı bacarırsınız. Bu, çox insanın tövsiyyələrinizi dinlədiyini göstərir.
Əzminiz sizi daha çox çalışmağa yönəldərək, sizdə müsbət təsir yaradır. Bəlkə super zəkanızla önə çıxmırsınız, lakin cəsarətiniz və zəhmətiniz sizin uğurlu olmağınıza bilavasitə kömək edir.

2. Əgər sağdakı qadını seçmisinizsə:

Yeriməyə başlayan körpələr oyuncaqları və ya ətrafdakılarla oynayarkən, şüuraltı olaraq üzləri valideynlərini görəcək şəkildə oynamağa üstünlük verirlər. Çünki fərqində olmadan onlardan razılıq gözləyirlər. Buna görə də doğru cavab sağdakı qadın idi.

Beyninizin sol tərəfi son dərəcə inkişaf etmişdir. Bu sahə məntiq və mühakimə etməklə sıx bağlıdır. Soruşulan istənilən suala hər zaman ilk cavab verən insan olduğunuz üçün təəccüblənməyin. Çünki məntiqiniz sizə tez və doğru cavablar verməyə kömək edir. Həmçinin, xoşsöhbət olmağınız öyrəndiklərinizi təcrübə etməyə imkan yaradır.

Aytac ASƏFQIZI, Hurriyyet.org