“Təkcə suriyalılara 37 milyard dollar xərcləmişik” - ƏRDOĞAN

  • 2019-07-09 14:55:53
  • |
  • Region /

“Təkcə suriyalılara 37 milyard dollar xərcləmişik” - ƏRDOĞAN

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan qaçqın məsələsi ilə bağlı öhdəliklərini yerinə yetirmədikləri üçün Avropa İttifaqını tənqid edib.

Bosniya-Hersoqovinada səfərdə olan prezident R.T.Ərdoğan Cənub-Şərqi Avropa Əməkdaşlığı Sammitində çıxış edib.

Ərdoğan çıxışında deyib: “Son bir neçə il ərzində ciddi miqrasiya mövcuddur. Türkiyə hal-hazırda 4 milyon nəfərdən çox qaçqına ev sahibliyi edir. BMT-nin hesablamalarına görə, təkcə suriyalı qaçqınlara 37 milyard dollardan artıq vəsait xərcləmişik. Ölkəmiz milli gəlirlə müqayisədə ilk sırada yer alıb...

...Gördüyümüz tədbirlər nəticəsində Egey dənizində baş verən facilələrin qarşısını aldıq. Avropaya keçid faizini 99% azaltdıq. Avropanın təhlükəsizliyinə misilsiz kömək etdik. Lakin ölkəmizə verilən vədlər, öhdəliklər yerinə yetirilməyib. 6 milyard avrodan sadəcə 2,5 milyard avro ödənilib”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA