Tələbələr nazirliyin qarşısına toplaşdı - AKSİYA

Tələbələr nazirliyin qarşısına toplaşdı - AKSİYA

Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirib.

Hurriyyet.org “Yeni Sabah”a istinadən xəbər verir ki, aksiya keçirən tələbələr ötən il ödənişli əsaslarla rezidenturaya daxil olanlardır. Onlar ödənişin ləğv olunmasını istəyirlər.

“Bizdən əvvəl də, sonra da ödəniş olmayıb. Biz də istəyirik ki, ödənişdən azad edilək və təhsilimizi davam etdirək”, deyə tələbələr bildirib.

Onların sözlərinə görə, təhsil haqqı olaraq 4000 manat ödəyirlər. “Bu il 200 ödənişsiz yer boş qalıb. Yəni bu problemi həll etmək olar” deyən tələbələr bildirib ki 4000 manatı ödəmək onlar üçün çox çətindir. “Kimsə borc götürüb ödəyir, çox çətindir”,- deyə tələbələr əlavə edib.