Telefonu başının altına qoyub yatdı - öldü

Telefonu başının altına qoyub yatdı - öldü

Hadisə sentyabrın 28-nə keçən gecə baş verib. Smartfonun markası barədə məlumat verilmir. Polisə qızın öldüyünü onun valideynləri bildiriblər.

Qazaxıstanın Almatı vilayətinin Bestoba kəndində 14 yaşlı qız ölüb.

Hurriyyet.org RİA-Novosti-yə istinadən bildirir ki, qız telefonunu enerji yığması üçün cərəyana qoşub, yastığının altına qoyaraq, yuxulayıb.

"Uşağın bədənində zorakı ölüm əlamətləri yoxdur. Təxmin edilir ki, o, elektrik cərəyanı vurması nəticəsində ölüb", - yerli hüquq-mühafizə orqanlarından verilən məlumatda deyilir.

Hadisə sentyabrın 28-nə keçən gecə baş verib. Smartfonun markası barədə məlumat verilmir. Polisə qızın öldüyünü onun valideynləri bildiriblər.

Olay bədbəxt hadisə kimi dəyərləndirilib. Təfərrüatları müəyyənləşdirmək üçün istintaq təyin olunub. (sputnik.az)