Ötən il nikaha girmək istəyən 395 nəfərdə sifilis AŞKARLANIB

Ötən il nikaha girmək istəyən 395 nəfərdə sifilis AŞKARLANIB

Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 18 235 nəfərdə talassemiya daşıyıcılığı, 455 nəfərdə İİV/QİÇS, 1 728 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Hurriyyet.org bildirir ki, bunu Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bu günədək nikaha daxil olmaq üçün 495 548 nəfər insan qan müayinəsindən keçib.

İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 189 cütlük aşkar edilib.

Yalnız 2018-ci il ərzində 131 264 nəfər qan müayinəsinə cəlb edilib.

Onlardan 4 161 nəfərində talassemiya daşıyıcılığı, 173 nəfərdə İİV, 395 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

2018-ci ildə talassemiya daşıyıcılığı aşkarlanan 55 cütlük prenatal müayinəyə cəlb edilib. Bu cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinə aparılıb. Nəticədə 16 dölün sağlam, 27-də talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam), 12-nin xəstə olduğu aşkarlanıb. Xəstə döllər həkim məsləhəti ilə abort edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz