Terrorçulara ABŞ dəstəyi kəsilmir: PKK əvvəlcə Suriyada əraziləri zəbt etdi, indi də yaraqlı dəstələri orduya çevirir

Terrorçulara ABŞ dəstəyi kəsilmir: PKK əvvəlcə Suriyada əraziləri zəbt etdi, indi də yaraqlı dəstələri orduya çevirir

Türkiyənin cənubu, Suriyanın şimalında təlimli-silahlı terrorçu “Şimal Ordusu” təhdidi

Hurriyyet.org xəbər verir ki, Suriyada SDQ (Suriya Demokratik Qüvvələri) adı altında maskalanan PYD/PKK terror təşkilatının rəhbərləri, Suriyada öz ordularını qurmaq niyyətində olduqlarını etiraf ediblər.

İngiltərənin “Tayms” qəzetinin xəbərinə görə, terrorçuların rəhbərlərindən olan Əbdülqadir Effedili, ABŞ-ın dəstəyi ilə işğal elədikləri şəhərlərin vəziyyəti ilə bağlı deyib: “Təhdidlərə cavab vermək üçün öz ordumuzu qururuq”.

Türkiyə, İran və Suriya dövlət qüvvələrinin təşkilatın əlindəki bütün torpaqları almaq istədiyini bildirən Effedili ABŞ-ın dəstəyinə arxayın olduqlarını bəyan edib: “İranlıların və Suriya rejiminin, ABŞ burada ikən ölkənin hamısına nəzarət eləməyə çalışmayacaqlarına əminik”.

ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandiri general Jozef Votel 2017-ci il dekabrın 22-də, İŞİD-in canlanmasının qarşısını almaq üçün Suriyada sərhəd mühafizəsi birliklərini quracaqlarını bəyan edilmişdi.

“Anadolu agentliyi” bundan bir gün əvvəl etibarlı yerli mənbələrə istinad elədiyi xəbərində, ABŞ-ın PYD/PKK-nın Qəndil dəstəsi ilə yeni qoşun üçün ilk mərhələdə 400 terrorçuya təlim verdiyini bildirmişdi. Xəbərdə ABŞ-ın sərhəd mühafizəsi adı altında hərbi təlim və silah yardımı ilə təşkilatın “Şimal Ordusu” adını verdiyi qondarma “həqiqi ordunun” bazisini yaratdığı bildirilmişdi.

Türkiyə XİN idarəsi də dünən ABŞ-ın Ankaradakı səfirliyinin işçisi Filip Konsetti çağıraraq, təşkilat üzvlərinə verilən silahlı təlimlə bağlı narahatlığını bildirmişdi.

Hurriyyet.org

Loading...

QALEREYA