Terrorçuları dəstəkləyən aktyor həddini aşdı - BARIŞ ATAY XALQI TƏHDİD ETDİ

  • 2018-05-14 18:46:17
  • |
  • Region /

Terrorçuları dəstəkləyən aktyor həddini aşdı - BARIŞ ATAY XALQI TƏHDİD ETDİ

Türkiyədə gəzi olaylarının təxribatçısı kimi tanınan aktyor Barış Atay yenə sosial şəbəkələrdə öz ampluasındadır.

Hər dəfə terrorçulara mədhiyyələr yazan Barış Atay bu dəfə xalqı təhdid edəcək qədər həddini aşıb.

Hurriyyet.org-un verdiyi xəbərə görə, insanları yenə seçkiöncəsi gəzi olaylarına təhrik edən Atay Türkiyənin sərhədlərini qorumaq, ərazini terror yuvasından xilas etmək üçün mücadilə aparan “Zeytun budağı” əməliyyatını aşağılayıb: “Zeytun budağı deyil, savaş əyləcidir”.

Terrorçuları müdafiə edən Atay bu dəfə xalqı açıq təhdid edib: “Hamınız ağlayaraq üzr istəyəcəksiz. O gün gəlib çatdıqda bağışlayanı, acıyanı, ittiham edəni unutmayacağıq. “Nəvələriylə oynayan təqaüdçülərik”, “hamımız qardaşıq”, “dava istəmirik” – belə söhbətlərə yer yoxdur. Hər şey yeni başlayır. Bu ölkəyə, insanlara elədikərinizin hesabını verəcəksiz”.

Hər məqamda terrorçulara sevgisini göstərən Atay seçim öncəsi xalqı qıcıqlandırmaq, onu təbdən çıxarmağa çalışır.

Sənətçi Yavuz Bingölün “Daha bir-iki Tayyib Ərdoğan çıxsaydı, daha qüvvətli coğrafiya olardıq. İranda, Pakistanda onun kimi lider olsaydı, Amerika və İngiltərə kimi imperiya gücləri bu qədər asanlıqla at oynatmazdı” sözləri də Atayı özündən çıxarıb.

O, sosial şəbəkədə Yavuz Bingözlü təhqir edib: “Harda qabağıma çıxsa, üzünə tüpürəcəm” deyib.

Ölkənin “Cümhuriyyət” qəzeti isə bunu “Aktyor Ataydan Yavuz Bingölə təpki” başlığı ilə dərc edib.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA