Terrorçunun özünü partlatdığı an kameralara düşdü - Video

Terrorçunun özünü partlatdığı an kameralara düşdü - Video

Müşahidə kamerasına düşmüş görüntüdə iki polis əməkdaşının velosipeddə olan və özünü şübhəli aparan kişiyə yaxınlaşmalarını, onu saxlamağa çalışdıqları an partlayışın baş verdiyini görmək olur.

Terrorçu kamikadzenin 37 yaşlı Həsən Abdulla olduğu müəyyənləşib. Misir Daxili İşlər Naziliyinin bəyanatına əsasən, terrorçu partlayışı törətməzdən bir neçə saat əvvəl asayiş keşikçilərinin nəzərini cəlb edib. Onun velosipedi ilə şəhərdə gəzərək, hücum üçün hədəf axtardığı bildirilir.

Rəsmi məlumata əsasən, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb. Ancaq Abdullanın intihar partlayışı törətdiyi dəqiq deyil. Belə ki, onun üzərindəki kustar üsulla hazırlanmış partlayıcı qurğunun ehtiyatsızlıq nəticəsində işə düşdüyü istisna edilmir.

Oxşar hadisə Qahirədə ötən ilin sentyabr ayında da qeydə alınıb. Terrorçu içində partlayıcı qurğu olan çantanı hasardan ABŞ səfirliyinin ərazisinə atmağa çalışsa da, o, vaxtından əvvəl işə düşüb.
/Oxu.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA