Təyyarədə BOMBA HƏYƏCANI - Təcili Bakıda məcburi eniş etdi

Təyyarədə BOMBA HƏYƏCANI - Təcili Bakıda məcburi eniş etdi

Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Hurriyyet.org bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA