Təzyiqi əla salan 5 TƏBİİ VASİTƏ

Təzyiqi əla salan 5 TƏBİİ VASİTƏ

Bütün dünyada ölümün əsas səbəbi ürək-damar xəstəlikləri sayılır.

Bu xəstəliklərin isə əsas səbəbi yüksək təzyqdir. Mütəxəssislər təzyiqə daim nəzarət etməyi və onu normada saxlamağı tövsiyə edirlər. Bu məqsədlə hipertoniya xəstələrinə təzyiqi salan dərman preparatları təyin olunur. Bəzi təbii vasitələr də təzyiqi salmağa yardım edə bilər. Sizə bu vasitələrdən bəzilərini təqdim edirik:

1. Reyhan

Sidikqovucu və iltihab əleyhinə təsirə malik olan reyhan təzyiqi salmağa kömək edir.

Təzyiqi salan reyhan dəmləməsinin resepti: 1 x.q. xırda doğranmış reyhanın üzərinə 1 stəkan isti su tökün, soyuyanda adi çay kimi için.

2. Darçın

Antioksidant və efir yağları ilə zəngin olan darçın həmçinin təzyiqi salmaq xüsusiyyətə malikdir.

Bu məqsədlə darçını qatığa (1 ç.q. darçın + 1 stəkan təzə qatıq) əlavə etmək və ya isti suda (1 ç.q. darçın + 1 stəkan isti su) dəmləmək olar. Bu vasitələr həmçinin qanda şəkəri də salır, arıqlamağa kömək edir.

3. Keşniş toxumu

Sinir sistemini sakitləşdirən, sidik qovucu təsirə malik olan keşniş toxumu arterial təzyiqi salmağa kömək edir.

1 ç.q. keşniş toxumunu 1 stəkan isti suda dəmləyin, soyuyanda süzün, adi çay kimi için.

4. Kətan toxumu

Kətan toxumu Omeqa 3 yağlı turşular, amin turşuları və qidalı liflrlə zəngindir. Bu maddələr xolesterini və təzyiqi tənzimləməyə kömək edir.

Kətan toxumunu salatlara əlavə edin.

Həmçinin belə faydalı dəmləmə də hazırlamaq olar: 1 x.q. kətan toxumunun üzərinə yarım stəkan qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün, bir neçə damcı limon şirəsi əlavə edib için.

5. Zəncəfil

Zəncəfil ən tanınmış təbii təzyiq salan vasitədir. Zəncəfil damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, qan dövranını yaxşılaşdırır, orqanizmə və o cümlədən damarlara iltihab əleyhinə təsir edir.

Zəncəfil dəmləməsini belə hazırlayın: 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfilin üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə saxlayın, süzün, çay kimi için.

Yüksək təzyiqdən əziyyət çəkənlər sadaladığımız vasitələrdən daim istifadə edə bilərlər. Bir həftə bir, növbəti həftə digər vasitəni qəbul edə bilərsiniz. \\Saglamolun.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA