TƏHDİDİNƏ CAVAB GECİKMƏDİ: “Qış həmişə bizim üçün xüsusi dövrdür”

TƏHDİDİNƏ CAVAB GECİKMƏDİ: “Qış həmişə bizim üçün xüsusi dövrdür”

Hurriyyet.org xəbər verir ki, Rusiyanın enerji naziri Aleksandr Novak Sankt-Peterburq şəhərində jurnalistlərə müsahibə verərkən OPEK (Neft İxrac edən Ölkələr Təşkilatı) ilə bu təşkilata daxil olmayan bəzi ölkələr arasındakı müzakirələrin bazar şərtlərinə müvafiq şəkildə aparıldığını bildirərək deyib: “Tvitter” vasitəsilə verilən siyasi açıqlamalar müzakirələri istiqamətləndirə bilməz”.

Geoloji və iqlim faktorları ilə əlaqədar Rusiyanın neft istehsalını məhdudlaşdırmasının başqa ölkələrlə müqayisədə daha çətin olduğunu vurğulayan Novak deyib: “Qış həmişə bizim üçün xüsusi dövrdür. Bunu əvvəllər də söyləmişdik. Bu dövrdə neft istehsalatını məhdudlaşdırmaq başqa ölkələrlə müqayisədə bizim üçün daha çətindir”.

ABŞ prezidenti Donald Trampın Vyanadakı görüşdən əvvəl “Tvitter” vasitəsilə “neft istehsalının gələn il azaldılmaması” çağırışına şərh verən Novak deyib: “OPEK təşkilatı və bu təşkilata daxil olmayan bəzi ölkələr tərəfindən aparılan müzakirələr bazar şərtlərinə uyğun şəkildə aparılır. Bu müzakirələr “Tvitter” vasitəsilə vürilən siyasi açıqlamalar ilə idarə edilə bilməz”.

Vyanada bu gün başlayan OPEK iclasında istehsalın məhdudlaşdırılması məsələsi müzakirə ediləcək. İclasda neft istehsalının gündə 1-1,5 milyon barrel məhdudlaşdırılması qərarının verilməsi gözlənilir.

İclasdan əvvəl mətbuata sızdırılan bəzi xəbərlərdə Rusiyanın neft istehsalını OPEK-in tələb elədiyi qədərdən daha az məhdudlaşdırmaq istədiyi irəli sürülmüşdü.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA