TƏHSİL DEDEKTİVİ: həqiqətlər və mülahizələr - III HİSSƏ

TƏHSİL DEDEKTİVİ: həqiqətlər və mülahizələr - III HİSSƏ

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/thsil_dedektivi_heqiqetler_ve_mulahizeler_-_ii_hiss)

Xeyirxahlıq şəxsi münasibətdən əlavə, rəsmi vəzifənin istəyi olmalıdır. Fi­lo­sof F.Laroşfuka yazmışdır: “Özlərini xeyirxah sayan insanların çoxu təkəbbürlü və ya zəifdirlər”.

Bunlar mənəviyyatın faciəsi deyilmi? Xarici ölkələrdə müəllimlərin, peda­qoq – alimlərin, valideynlərin nazirlikdə qəbul qaydaları necədir – xəbərsizəm, la­kin bizdə son dərəcə sərt, canüzücü, demokratik prinsiplərdən uzaq qaydalar il­lər­­lə­dir hökm sürür. Axı xalq təhsilinin mərkəzidir bu möhtəşəm bina və onun mər­tə­­bə­­lərində oturan funksionerlər nə üçün bu təbəqədən qaçırlar? Olmazmı nazir (və onun müavinləri) vahid “qəbul günü” təyin etsin geniş audutoriyalarda və şika­yət­çi­lər ürək sözlərini, fikirlərini, narazılıqlarını üzbəüz bildirsinlər? Demokratik təh­sil sistemi deyilikmi? Qaldı təkbətək görüşə – bunun da yolları mövcuddur. Öl­kə Pre­­­zidenti cənab İlham Əliyev dəfələrlə üzünü milli (!) məmurlara tutub bil­dir­miş ki, insanları incitməyin, problemlərini operativ həll edin. Şərt ölkə Prezi­den­tin­dən iq­­­ti­bas gətirmək deyil, mühümü Prezidentin göstərişlərinə real əməl etməkdir! Yox­­­­sa səliqəli kabinetlərdə oturub çeşidli telefonlarla danışmaq deyil. Hər bir mə­sul şəxsin qapısı açıq olmalıdır (demirəm anarxiya olsun). Ali funksiyalı təyi­nat­lı­lar tam demokratik əhvalda vəzifələrini yerinə yetirməlidirlər, özü də təhsil quru­mu! Onların özlərinə dərs deyən müəllim – pedaqoqlar deyilmi?

Bilmirəm (amma bilirəm) nə dərcədə haqlıyam, sovet dönəmində bu cür in­ti­zar hissi yox idi... Bu əhvalatı mən sabiq təhsil naziri Mikayıl Cabbarovun vax­tın­da və nazir Ceyhun Bayramovun nazirəvəzi dövründə yaşamışam. Qəbul bir ya­na, əri­zəmə hələ də cavab yoxdur, səlahiyyətsiz bir gənclə həvəssiz söhbət yad­da­şım­da qal­maqdadır...

Bu kök salmış prosesləri mən “Tənqidi düşüncə”nin, “Tənqidi təfəkkür”ün yal­nız işartısı ilə müqayisə edərdim, yalnız öz idrakına süzülür. Görünür – mülahi­zə­­lərdir – vaxtilə 20-30-cu illərdə (ötən əsrin) “Xalq komissarlığı”, “Təh­­­sil nazir­li­yi”ni özündə ehtiva edirdi. Ötən əsrin 60-cı illərindən “Xalq” sözü­nü ar­xivə sal­dı­lar: səlahiyyətli konservator süründürməçi məmurların işi ola bilərdi, çün­­­ki onların “Xalq” sözündən xoşları gəlmirdi. Fikrimizcə, “Xalq” bərpa olunma­lı­­­dır: “Xalq Təh­sil Nazirliyi”. Barı hüquq-mühafizə orqanlarının daşıdığı rəsmi ad­dan fərq­lən­sin.

Tənqidi düşüncə – pedaqoji əhəmiyyətə malik olub, totalitar mentaldan de­mok­­ratik cəmiyyətə transformasiya etmənin bir vasitəsi kimi təhsilimizə ayaq aç­ma­­lıdır və formuləsi: ən ümumi mənada səhvini tapmaq, səhvi düzəltmək isti­qa­­mə­tin­də şüurlu fəallaşmaqdır. Qərb sosioloqu Coll Stringer “Popstmodern dərs­­liklər” hazırlanmasını vaxtilə təklif etmişdir, belə tipli kitablar tənqidi düşüncə vər­­­­dişlərinin inkişafında rol oynayır, onun xüsusi meyarları olur ki, elmi səviyyə­də ali təhsil ocaqlarında öyrədilməlidir.

Bilik və tərbiyə (əxlaq) bir-birini tamamlamalı, “tənqidi düşüncə”ni bir əx­laq norması kimi şərtləndirməlidir: insan idrakını humanizmə yönəldir, yeni nəsil­də, xüsusilə, etik normaları gözləmək, intihardan uzaqlaşmaq, şəxsi mənafeyi kə­nar­­­laşdırmaq kimi bəşəri ideyaları mənimsədir. Bilik gənc nəsli əxlaqa: səmimiy­yə­­­­tə, canıyananlığa, ədalətə və s. çağırmırsa dəyərsiz əşyadır ki, yol kənarında bir kim­­­səni maraqlandırmaz, tikanlı qanqal hesab edərlər...

Maraqlıdır və paradokslardır: Uzun illərdir millət vəkillərindən tutmuş nazir­lə­­rədək, başqa peşə sahibləri də “müəllimin nüfuzu” haqqında danışır. Son on il­lər­də bu ecazkar peşə insanların həm maddi, həm də mənəvi – sosial imicinin aşağı en­­məsindən xüsusilə gileylənirlər, faktlara əsaslanırlar. Bəli, hələ sovet dönəmin­dən müəllimə verilən məvacibin çox-çox azlığından gileylənmişlər. Sovet qurulu­şu­­nu ba­­şa düşdük, bəs 25 ildən artıq müstəqilliyimizdə necə? “Köhnə hamam, köh­nə tas” ifadəmizdə olduğu kimi! Zəngin iqtisadiyyatdan danışılan bir ölkədə ali təh­­sil­li müəllim bir sinifdə 25-35 şagirdlə bir akademik dərs saatında (45 dəqiqə): bir ak­lad hər həftə, yəni ayda dörd həftə dərs deyib bir həftəsinin pulunu alırsa, mən­­cə, mən­zərəni şərh etməyə ehtiyac qalmır. Bəs hanı 3 həftənin zəhmət haqqısı! Bir həf­­­tədə deyək ki, 12, yaxud 16 saat sinfə girib ömrünü balalara əridirsə, tam əsəb­lə­­rilə davranırsa, müxtəlif davranışlı (emosiyalı) və intellektli uşaqlarla ciddi məş­ğul­­dursa aldığı maaşı 48, yaxud 64 saatlara böləndə, bir saatı nə qədər edər? (Əlim gəl­­mədi rəqəmi yazım). Hökumət strukturlarının yuxarı dairəsi, Milli Məc­li­sin de­pu­tatları nə üçün məsələni dövlət qarşısında qaldırmırlar? Yalnız müəllimləri müx­tə­lif imtahanlar, testlər və s. qarşısına çıxarırlar. Müəllimin “imtahanı” sinifdir, öy­­­rət­­məkdir, tərbiyə etməkdir. Yuxarı rəsmilər niyə keçmiş müəllimlərinin əzabı­nı, ca­­nı­ya­nanlığını, geyindiyi paltarı və s. xatırlamırlar? Nə tez unutdular müəllim­lə­ri­ni – pedaqoqlarını! Olmazmı cənab ölkə prezidenti İlham Əliyevə problemi çat­dır­sın­lar. Ulu öndərimiz də, prezidentimiz də daima müəllimlərinə hörmət bəslə­miş­lər – bu ki faktdır! Əgər səlahiyyətli məmurda haqlı işlə bağlı cəsarəti yoxsa nə üçün o yeri boşaltmır? Əgər mənim millət vəkilim hörmətli Hadi Rəcəbov bir neçə il ön­cə televiziyada demişdi ki, kişi müəllimin, yaxud qadın müəllimin boş vaxtı var­­sa nə üçün gedib yorğan sırımasın, daş daşımasın, fiziki işlə məşğul olmasın. Bu, ən azı müqəddəs peşəyə hörmətsizlik deyilmi? Hörmətli villət vəkili, girin sinif­­lərə baza ixtisasınızdan dərs deyib sinifdən çıxın və məsləhət gördüyünüz işin qul­pundan ya­pı­şın O zaman kənar işinin “dadını” hiss edərsiz. Və evinizə gəlin, bədə­ninizin sızıltısını gizlətməyin!

Əgər professor, elm adamı cəmiyyətin gözü olan müəllim – pedaqoqa belə ya­­na­şırsa, böyük şairimiz Məmməd Araz demişkən: “Bu dünyanın nəyindən kü­süm?” yeri gəlmişkən: bir necə çağırışdır xalis orta məktəb müəllimi – hansı ki, iş­lə­­­yir – Millət vəkili seçilmir, ancaq gözdən iraq deputatlar seçki komissiyasına küt­­ləvi cəlb olunmuşlar. Səbəb nədir, bəlkə müəllimə inanmırlar? Bir səbəb də o böl­­­gə­dən seçiləcək deputatlığa layiqli müəllimlər olduğu halda. Bakıda yaşayan, hə­­min böl­gə­yə ayağı belə dəyməyən (hətta seçiləndən sonra belə) kimsə özünü irə­li ve­rir. Bu artıq ənənə halını almışdır. Bəzi struktur rəhbərlərin anti humanist ad­dım­ları, zəhmətkeşlərinə hüquqlarının tapdanılması, hətta icra başçılarının haq­sız iş­ləri müəllimlərin gözü qarşısında baş verir, lakin heç bir reaksiya vermək, məsə­lə­­ni Mil­­­li Məclisdə, yaxud Prezident aparatında və sair dairələrdə qaldırmaq istər­kən sö­­zü boşa çıxır. Barı, deputat – müəllim məsələni qaldırar, tədbir görməyə ça­ğı­­rar... Belə olanda nə üçün Təhsil naziri Millət vəkili seçilsin? Səhf etmirəmsə mər­hum təhsil naziri, akademik Mehdi Mehdizadədən sonra gələn xeyli saylı na­zir­­lərdən deputat seçiləni xatırlamıram. Professor Misir Mərdənov 15 il Təhsil nazi­ri oldu, am­ma Millət vəkili olmadı. Səbəb nə? Məgər təhsilin təşkilində və icrasın­da xid­mə­ti az idimi?..

Digər məsələləri də xatırlamaq istərdim: Sovet dönəmində “SSRİ Xalq müəl­limi” fəxri adı vardı və Azərbaycandan alanlar az deyildi. Müstəqilliyimizdə nə üçün “Azərbaycan Xalq müəllimi” fəxri adı olmasın? (Eləcə də “Sosialist Əmə­yi Qəh­­rəmanı” adı müəllimə də şamildi). Aktyorlara, mədəniyyət və incəsənət xa­dim­­­lə­­­rinə “Xalq artisti” adı verilir, hətta müəyyən məbləğdə əlavə pul da alırlar, amma müəllim peşəsinə bu bucaqdan yanaşılmır. Yeri gələndə mənəvi və maddi tərəf-dən də faydalıdır. Maddiyyatdan söz düşmüşkən, “Qabaqcıl maarif işçisi” (əv­vəllər daha hörmətlə “işçisi” yox, “xadimi” adlanırdı cəmiyyətdə) fəxri ad bu gün də qüv­­vədədir, lakin heç bir maddi üstünlüyü yoxdur. Əgər “əməkdar artist”ə, “əməkdar mədəniyyət işçisi”nə əlavə 100 manat (AZN) verilirsə, müəllimlər bun­dan da məh­rumdur... Bu adı vaxtında şərəflə, ləyaqətlə alan, indi təqaüddə olan (çox cuzi pen­siya ilə “mükafatlandırılan”) müəllimlərimizə haqlı yardım olardı.

Sivil dövlətlərdə hansısa peşə – sənət adamı maddi və mənəvi dayaqlar üçün op­timal yollar axtarılır, tətbiq olunur. Bəs bizim hökumət strukturlarımız (Milli Məc­­lisimiz də istisna olmamalıdır) nəyə bu problem haqqında düşünmürlər? Axı hər sosial problemi ölkə Prezidentinin üzərinə atmaq da düzgün olmazdı. Müxtəlif so­sial institutlar bəs nə üçündür?

Suallar, suallar. Bəs cavablar? On illərdir Azərbaycan təhsil məkanında təh­sil nazirləri bir-birini əvəz edir, biri özündən sonra gələnə bir yığın problem qoyub baş­qa vəzifə tutur: yük təzənin üzərinə düşür. Bu məsələdə nə köhnə, nə də yenisi iti­rir, uduzan təhsilimizdir. Bir də ona görə ki, əməldə Ulu Öndər Heydər Əliyevin bir fikrini unutmayaq: – “Təhsil bizim gələcəyimizdir”. Gələcəyi düşünməmək isə...

Allahverdi Eminov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA