Tibbdə nadir hadisə - Britaniyada İİV xəstəsi sağaldı

Tibbdə nadir hadisə - Britaniyada İİV xəstəsi sağaldı

Böyük Britaniyada tibb tarixində ikincə dəfə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) olan şəxsin müalicə nəticəsində sağalması faktı qeydə alınıb.

İnterfaks xəbər verir ki, xəstəyə İİV-ə qarşı dayanıqlı olan donorun iliyi köçürülüb. 3 il ərzində aparılan bütün analizlər xəstənin artıq İİV daşıyıcısı olmadığını göstərib.

Lakin, professor Ravindra Qupta bildirib ki, sevinmək üçün çox tezdir. Çünki, bu çox bahalı və çətin müalicə üsuludur. İkincisi, belə donorlar barmaqla sayılacaq qədər azdır. Anadangəlmə bütün infeksiyalara dayanıqlı genə malik insanlara çox nadir rast gəlinir.

İlk belə əməliyyat 2007-ci ildə Almaniyada uğurla həyata keçirilib. O zaman İİV xəstəsinə nadir genetik mutasiyaya sahib olan insanın iliyi köçürülmüşdü.

Qeyd edək ki, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. İİV virusu son mərhələdə Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) səbəb olur.\\Oxu.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA