Ticarət müharibəsi fayda vermədi – ABŞ-DA BÜDCƏ KƏSİRİ ARTDI

  • 2019-06-13 17:13:10
  • |
  • Dünya /

Ticarət müharibəsi fayda vermədi – ABŞ-DA BÜDCƏ KƏSİRİ ARTDI

Hurriyyet.org xəbər verir ki, ABŞ-da may ayında federal hökumətin büdcə kəsiri 207,8 milyard dollara bərabər olub. Tramp iqtidarı may ayında 439.8 milyard dollarla tarixin ən yüksək aylıq xərcinə imza atıb. Çin ilə ticarət savaşının təsiri ilə gömrük vergisi gəlirlərində 81 faiz artımın olması belə bu kəsirin bağlanmasına kifayət eləməyib.

Ötən ilin may ayında xərclər 363 milyard 871 milyon dollar, bedcə kəsiri isə 146 milyard 796 milyon dollar olmuşdu.

Bununla da 2018-ci ilin oktyabr ayında başlanmış büdcə ilində (8 ay ərzində) ümumi büdcə kəsiri 738 milyard 639 milyon dollara çatıb. Son 12 aylıq kəsir isə 958 milyard dollara bərabərdir.

Çin ilə “ticarət müharibəsi” çərçivəsində artan tariflərin təsiri ilə 2018-cu il oktyabr – 2019-cu il may ayları arasında ABŞ-ın gömrük vergisi gəlirləri 44 milyard 866 milyon dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 81 faiz artıb.

Maliyyə ilinin ilk 8 ayı ərzində ABŞ hökuməti müdafiəyə 439 milyard dollar xərcləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 13 faiz artıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA