Tikinti cərimələrinin 50 faizi işçilərə veriləcək

  • 2019-02-28 11:25:55
  • |
  • Sosial /

Tikinti cərimələrinin 50 faizi işçilərə veriləcək

Şəhərsalma və Tikinti Məcəlləsinə yeni müddəanın əlavə olunması təklif edilir.

Hurriyyet.org-un azvision.az-a istinadən məlumatına görə, əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Qeyd edək ki, layihə parlamentin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA