Tokayev onu prezident seçdiklərinə görə Qazaxıstan xalqına TƏŞƏKKÜRÜNÜ BİLDİRİDİ

  • 2019-06-10 11:16:46
  • |
  • Dünya /

Tokayev onu prezident seçdiklərinə görə Qazaxıstan xalqına TƏŞƏKKÜRÜNÜ BİLDİRİDİ

Hurriyyet.org xəbər verir ki, Qazaxıstanda keçirilən seçkilərin ilkin nəticələrinin elan edilməsindən sonra hazırkı ölkə prezidenti Qasım-Comərd Tokayev göstərdikləri etimada görə həmvətənlərinə təşəkkürünü bildirib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri doqquz iyun tarixində keçirilib. “Eksit poll”un məlumatına görə, səslərin demək olar ki, 70 faizini toplamış Tokayev üstünlük qazanıb.

Ölkəyə 30 ilə yaxın bir müddətdə rəhbərlik eləmiş Nursultan Nazarbayev özə səlahiyyətlərini martın 20-də təhvil verib. Dövlət başçısı vəzifəsini icra edən Tokayev bundan əvvəl parlamentin ali palatasının sədri olub.

Qazaxıstanda prezident 5 illiyə seçilir. Qələbə üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA