Tonoyan müharibə təhdidlərinə davam edir: "Rəqiblə öz ərazisində üz-üzə gələcəyik"

Tonoyan müharibə təhdidlərinə davam edir: "Rəqiblə öz ərazisində üz-üzə gələcəyik"

"Azərbaycana elə gəlir ki, qələbələr və ya ərazilər barədə söhbətdə üstünlüyə malikdir. Belə bir üstünlüyə malik deyillər və olmayacaqlar".

Hurriyyet.org ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə naziri Davit Tonoyan "Mediamax.am" agentliyinə müsahibəsində bildirib.

Əvvəlki təxribatçı açıqlamalarına sadiq qalan Tonoyan, hər hansı bir fəaliyyət fonunda Ordumuzla bizim ərazimizdə qarşılaşacaqlarını iddia edib. Tonoyan burada rəqibin ərazisi dedikdə, bunun işğal altında olan ərazilərdən kənar ərazilər olduğunu nəzərdə tutur. Yəni Tonoyan "yeni ərazilər üçün yeni müharibə" utopiyasından imtina etmək fikrində deyil.

Erməni jurnalistin, "Niyə sülh deyərkən mənfi şeyləri qəbul edirik?" sualına Tonoyan belə cavab verib: "Cəmiyyətdə bəzi insanlar 1994-cü ilə qədər atəşkəs təsdiq edilənədək nə baş verdiyini bilmirlər.
İnsanlar tez-tez bizim harada olduğumuzu, hansı problemləri həll etdiyimizi, hansı missiyamızın olduğunu bilmirlər... İnsanlar bəzən qonşu ölkələr tərəfindən həyata keçirilən informasiya siyasətinin təsirinə məruz qalırlar. Azərbaycan çox güclü və qüdrətli olduğunu iddia edir. Azərbaycana elə gəlir ki, qələbələr və ya ərazilər barədə söhbətdə üstünlüyə malikdir. Belə bir üstünlüyə malik deyillər və olmayacaqlar".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA