Torpaqlarla bağlı yeni qaydalar olacaq - Nazirdən ANONS

Torpaqlarla bağlı yeni qaydalar olacaq - Nazirdən ANONS

“Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qaydalar hazırlanır”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

İ.Kərimov qeyd edib ki, qayadalar şəffaf, çevik və bu sahədə çalışan fermerlərin istəklərinə uyğun olmalıdır.

Nazir bildirib ki, bu sahədə səlahiyyətli qurum təkcə Kənd Təsərrüfatı Nazirliyi deyil: "Bu məsələdə bir neçə nazirliyin mövqeyinin olması vacibdir. Ümumilikdə müasir dövrün tələblərinə uyğun olaraq prosedurun daha da təkmilləşməsinə ehtiyac var. Ona görə də bir neçə nazirliklə birgə təkliflərimizi hazırlamışıq. Kənd təsərrüfatı təyinatlı torpaqların öz kateqoriyasına uyğun dəyişdirilməsi və digər kateqoriyalarda istifadə edilməsi sahəsində prosedurlar təkmilləşdiriləcək".