Tosunun elçiləri çoxaldı - VİDEO

Tosunun elçiləri çoxaldı - VİDEO

Türkiyəni Çempionlar Liqasında uğurla təmsil edən “Beşiktaş” komandasının ulduz forvardı Cenk Tosunun elçiləri gündən-günə artmaqdadır.

Hurriyyet.org xəbər verir ki, liqanın qrup mərhələsində möhtəşəm performansı ilə diqqəti çəkən futbolçuya 13 komanda transfer təklifi edib.

İngiltərənin “Tottenhem” və “Everton” klubları artıq futbolçunun atası ilə görüşüb. Lakin onlar müsbət cavab ala bilməyib. C.Tosunun atası “oğlumun “Beşiktaş”la müqavilə müddəti hələ bitməyib. Bizim heç bir problemimiz yoxdur. “Beşiktaş” deyərsə, gedər, qal deyərsə, qalar. Bu işi klubla müzakirə etməlisiniz” deyib.

Eyni zamanda, “Monako” komandası da C.Tosunu heyətində görmək üçün kluba müraciət yollayıb. Prezident Fikrət Orman isə transfer qarşılığında 23 milyon avro istəyib.

Transfer təklifləri göndərən komandalar arasında “Ştutqart”, “Lion”, “Milan”, Dortmund “Borussiya”sı, “Napoli”, “Sevilya”, “Nyukasl”, “Everton”, “Tottenhem”, “Vest Hem”, “Volfsburq” və “Kristal Pelas” klubları var.

Qeyd edək ki, “Transfermarkt” Cenk Tosuna 10,50 milyon avro transfer dəyəri qoyub.

Loading...

QALEREYA