“Totenhem” “Ayaks”a qalib gəlib, “Liverpul”a rəqib oldu - VİDEO

  • 2019-05-09 10:04:51
  • |
  • İdman /

“Totenhem” “Ayaks”a qalib gəlib, “Liverpul”a rəqib oldu - VİDEO

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Hurriyyet.org xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.

“Tottenhem” səfərdə “Ayaks”la qarşılaşıb. Komandalar arasındakı ilk oyunda “Ayaks” minimal hesablı qələbə qazanmışdı. Hollandiya təmsilçisi cavab matçına da inamlı başlayıb və ardıcıl iki qol vurub. Lakin "Tottenhem" ikinci hissədə buraxılan topların əvəzini çıxmağa nail olub. Nəticədə, Mouranın het-triki İngiltərə təmsilçisini finala daşıyıb

Xatırladaq ki, ilk oyun günündə İngiltərənin digər təmsilçisi “Liverpul” da İspaniya təmsilçisi “Barselona”nı sürpriz şəkildə mübarizədən kənarlaşdırmışdı (0:3, 4:0). Beləliklə, iyunun 1-də Madriddə baş tutacaq final görüşündə “Liverpul”la “Tottenhem” üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu

8 may

Ayaks (Hollandiya) – Tottenhem (İngiltərə) 2:3 (İlk oyun 1:0)
Qollar: De Liqt, 5. Ziyex, 35 - Moura, 55; 59; 90+6.
Baş hakim: Feliks Brix (Almaniya).

Ayaks: Onana, De Liqt (k), Van de Bek, Dolberq, Tadiç, Mazraoui, Blind, Şöne, De Yonq, Ziyex, Talyafiko.
Ehtiyat oyunçular: Varela, Veltman, Sinkqraven, Huntelar, Maqallan, Traore, De Vit.

Tottenhem: Loris (k), Trippye, Rouz, Alderveyreld, Vertongen, Son, Vanyama, Sissoko, Alli, Eriksen, Moura.
Ehtiyat oyunçular: Qazzaniqa, Lamela, Dayer, Lorente, Foyt, Deyvis, Skipp.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA