Tovuzda ağır yol qəzası - ÖLƏN VAR

Tovuzda ağır yol qəzası - ÖLƏN VAR

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, mayın 13-də saat 2 radələrində Tovuz şəhərinin ərazisində F.Quliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə F.Quliyevin sərnişini, Tovuz şəhər sakini Samir Musayev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA