Tovuzda nəvə nənəsinin qızıllarını oğurladı

Tovuzda nəvə nənəsinin qızıllarını oğurladı

İyulun 4-də Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N. Paşayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz