Tovuzda PARTLAYIŞ: dağıntılar altından 2 nəfər çıxarıldı

Tovuzda PARTLAYIŞ: dağıntılar altından 2 nəfər çıxarıldı

Tovuzda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA