Tovuzdakı partlayışda yaralananların ADLARI

Tovuzdakı partlayışda yaralananların ADLARI

Tovuzda birmərtəbəli fərdi yaşayış evində baş verən partlayışda xəsarət alanların adları açqılanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, Tovuz rayon Öysüzlü kəndi partlayışla əlaqədar 23:20 də çağırış gəlib:

“Xəstəxanaya iki nəfər gətirilib. Onlardan 1964-cü il təvəllüdlü Qurbanova Zemfira travmatik şok, yuxarı ətrafların soyulmuş yarası, 1992-ci il təvəllüdlü İmamverdiyev Həsən bel fəqərəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib”.

Nazirlik rəsmisinin sözlərinə görə, onların həyati təhlükələri yoxdur.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA