Ətraf mühit plastik tullantılardan qorunacaq - Polietilen torbaların alternativi gəlir

  • 2019-02-19 18:13:14
  • |
  • Aktual /

Ətraf mühit plastik tullantılardan qorunacaq - Polietilen torbaların alternativi gəlir

Polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Türkən Kərimzadə bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən hazırlanan və ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" qarşıya qoyulmuş məqsədə çatmaq üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətini nəzərdə tutur. Bu məqsədlə ilk növbədə həyata keçiriləcək əsas tədbirlərdən biri polietilen torbaların alternativi olan kağız, parça və çox istifadə olunan qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir. Bunun üçün polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur.

T.Kərimzadə qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq Nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir:

"Böyük Britaniyanın təcrübəsindən yararlanmaq məqsədilə bu ölkədə ezamiyyədə olan zaman plastik və bərk məişət tullantılarının idarə olunması sistemi, əsasən də plastik tullantıların idarə olunması qaydaları ilə yaxından tanış olduq. Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə ETSN tərəfindən təbliğat işləri davam etdirilir".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA