TRAMP AMERİKASININ TƏHLİLİ VƏ GƏLƏCƏYİNƏ DAİR PROQNOZLAR: məşhur siyasi kahin ABŞ prezidentini Roma diktatorlarına bənzədir

TRAMP AMERİKASININ TƏHLİLİ VƏ GƏLƏCƏYİNƏ DAİR PROQNOZLAR: məşhur siyasi kahin ABŞ prezidentini Roma diktatorlarına bənzədir

Nuriel Rubini

“Project Syndicate” (Çexiya)

Prezidentliyinin ilk ilində Donald Tramp davamlı şəkildə onu hakimiyyətə gətirmiş mavi yaxalıqlı, sosial mühafizəkar ağları sevindirdi, plutokrat dostlarını zənginləşdirən siyasət yürütdü. Gec-tez Trampın əsas tərəfdarları bu həqiqətə diksinəcək, buna görə də, tərəfdarlarını cazibəsində saxlamaq üçün onun nəyə qadir olduğu düşünülməlidir.

Donald Tramp ABŞ prezidenti kreslosunu fəhlələr və mühafizəkar ağ seçicilərin dəstəyi ilə populist iqtisadi milliyyətçilik platforma sayəsində əldə etdi. Tramp, Respublikaçı Partiyanın ənənəvi pro-biznes, ticarət gündəmini rədd etdi və solmeyilli Berni Sanders kimi, dağıdıcı texnologiyalar, azad ticarət və miqrasiyanı təşviq edən "qlobalçı" siyasətdən zərər görən amerikalılara üz tutdu.

Lakin Tramp populistdir, o, respublikaçı əksəriyyətin dəstəklədiyi vergi nəzəriyyəsini təsdiq edərək, plutokrat idarəçiliyini göstərdi. Tramp, həmçinin Vaşinqtonda və Uoll Stritdə "bataqlıqları boşaltmaq" istəyən adama bənzəyirdi. Halbuki administrasiyası (yalnız milyonerlər deyil,) milyarderlər və “Goldman Sachs” məzunları yığnağıdır, bu da biznes-lobbiçiləri bataqlığını hər zamankından daha çox gücləndirir.

Tramp və respublikaçıların 2010-cu ildə qəbul edilən “Affordable Care Act”-ı (Obamacare) ləğv etməsi planı – əksəriyyəti ona səs vermiş yoxsul və ya orta təbəqəyə aid – 24 milyon amerikalını tibbi xidmətdən məhrum edəcək. Onun siyasəti fəhlələrə və həmkarlar ittifaqlarına qarşı açıq-aydın qərəzlidir. Təsdiqlədiyi respublikaçıların vergi islahatı planı transmilli şirkətlərə və top-1% ev təsərrüfatlarına üstünlük verir ki, onların da əksəriyyəti xüsusilə əmlak vergisinin ləğvi ilə fayda götürürlər.

Donald Tramp həm də ticarət sahəsindəki bazasından boyun qaçırdı, burada o, konkret fəaliyyət yox, ritorika təklif etdi. Bəli, Trans-Sakit okean tərəfdaşlığından (TPP) imtina səsləndi, lakin Hillari Klinton da eyni şeyi edərdi. O, Şimali Amerika Ticarət Aktından (NAFTA) imtina haqqında düşündü, lakin bu, sadəcə danışıqlar taktikası ola bilər. O, Çin, Meksika və ABŞ-ın digər ticarət tərəfdaşlarının mallarına 50% tarif tətbiq etməklə təhdid etdi, lakin bu cür tədbir görülmədi. Sərhəd tənzimləmə vergisi barədə təkliflər də, demək olar ki, unudulub.

Trampın dəniz şelfində istehsalı sürətləndirən və ya vergi inversiyalarını həyata keçirən ABŞ firmalarına qarşı təəccüblü “tweet”ləri ucuz müzakirələrdən başqa bir şey olmadı və biznes liderləri bunu bilirlər. ABŞ-da istehsalını davam etdirəcəyini düşünərək Trampı aldadan istehsalçılar, Meksika, Çin və başqa yerlərdə sakitcə biznes əməliyyatları davam etdirdi. Bundan əlavə, gözlənilən vergi qanunvericiliyində beynəlxalq qaydaların əks olunması ABŞ-ın transmilli şirkətlərinə aşağı dərəcəli vergi yurisdiksiyalarında mənfəəti qorumaq, daha çox sərmayə yatırtmaq, xaricdə istehsal qurmaq və s. imkanı verəcək.

Eyni şəkildə, Trampın miqrasiya haqqında təcavüzkar ritorikasına baxmayaraq, onun siyasəti nisbətən mötədil oldu, bəlkə də buna görə ki, onun kampaniyasını dəstəkləyən iş adamlarının əksəriyyəti daha yumşaq bir yanaşmanı təmin edirlər. "Müsəlman qadağası" ABŞ-da əmək tələbatına təsir göstərmir. Depressiyalar sürətlənsə də, milyonlarla sənədsiz miqrantın Barak Obama dönəmində deportasiya olunduğunu xatırlamaq lazımdır.

Trampın haqqını Meksikanı ödətməyə məcbur etdiyi sərhəd divarı yuxu olaraq qalır. Hətta administrasiyanın ixtisassız işçilərə üstünlük verməsi planı ölkədə leqal miqrantların sayını mütləq şəkildə azaltmayacaq.

Donald Tramp populist libasda plutokrat kimi idarə edir, yəni o, pluto-populistdir. Amma nəyə seçici bazası Trampa onlara daha çox zərər verən siyasət yürütməyə imkan yaradır?

Bir fikrə əsasən, mühafizəkarlar və göy yaxalıqlı ağ tərəfdarları öz maliyyə maraqları naminə deyil, millətçi və dindar ovqat, habelə dünyəvi sahil elitasına qarşı antipatiya əsasında səs veriblər. Amma "çörək və yağ" əvəzinə, "Tanrı və silahları" dəstəkləmək nə qədər davam edə bilər?

Roma imperiyasını idarə edən pluto-populistlər bilirdilər ki, populist kütləni lazımlı həddə saxlanılması üçün iki şey lazımdır: çörək və tamaşa.

Layiqli yaşayışını təmin edə bilməyən insanlar üçün qəzəbli “tweet”lərin heç bir mənası yoxdur – bu, futbol izləmək üçün müasir Kolizeyə bircə kərə istifadə olunacaq giriş biletidir.

Respublikaçıların Konqres vasitəsilə qüvvəyə mindirdiyi vergi qanunvericiliyinə əsasən, milyonlarla ortabab və aşağı gəlirli təsərrüfatlar, gəlir vergisinin tədricən azalacağına baxmayaraq, daha çox pul ödəyəcəklər. Bundan başqa, respublikaçıların planı “Obamacare”-in fərdi mandatını ləğv edəcək. Konqresin Bitərəf Büdcə Ofisinin məlumatlarına görə, bu, gələcək onillikdə 13 milyon insan üçün tibbi sığorta və sığorta haqlarının 10% artmasına səbəb olacaq. Təəccüblü deyil ki, sonuncu “Quinnipiac” sorğu anketində amerikalıların yalnız 29%-i respublikaçıların planını dəstəkləyib.

Buna baxmayaraq, Tramp və respublikaçılar risk etməyə hazırdırlar. Orta təbəqənin vergi imtiyazlarını sonradan gündəmə gətirməklə, 2018-ci ildə aralıq seçkiləri və 2020-ci ilin ümumi seçkilərində bu planları həyata keçirməyə hazırlaşırlar. Bu dönəmdə vergilərin azaldılması ilə qürur duya bilərlər. Üstəlik, 2019-cu ildə, növbəti prezident seçkisindən xeyli əvvəl vergi imtiyazlarının pik səviyyəsinin iqtisadiyyatı stimullaşdıracağını gözləmək olar – qanun layihəsinin qüvvəyə minməsindən xeyli əvvəl.

Respublikaçı strategiyanın digər hissəsi vergilərin azaldılmasında daha yüksək defisitlərin istifadəsini (bu, "heyvani aclıq" kimi də tanınır) nəzərdə tutur. Bu, “Medicare”, “Medicaid”, ərzaq talonları və sosial müavinətlərin imtinası deməkdir. Halbuki yaşlı, ortabab və az gəlirli amerikalılar bu proqramlardan faydalanırlar. Riskli təklifdir.

Bəli, sosial müavinət və ya ərzaq talonları alan işləyən və işləməyən yoxsullar, adətən, demokratlara səs verən azlıqlara daxildir. Lakin Tramp üçün səs verən milyonlarla mavi yaxalıqlı, mühafizəkar ağlar da bu və buna oxşar proqramlara güvənirlər.

Qlobal iqtisadiyyatın genişlənməsi ilə Tramp, ehtimal ki, vergilərin azaldılması və tənzimlənmənin iqtisadi artımı kifayət qədər təmin edəcəyinə və kifayət qədər iş yeri yaradacağına ümid edir. 2% potensial artım proqnozu mütləq onun mavi yaxalıqlı bazası üçün çox şeyə qadir olmayacaq, lakin ən azı fond bazarını ən yüksək nöqtəyə qədər irəlilədə bilər.

Təbii ki, Tramp hələ də ABŞ iqtisadiyyatının 4% səviyyəsində inkişaf edə biləcəyini iddia edəcək, baxmayaraq ki, respublikaçılar daxil olmaqla, bütün əsas iqtisadçılar deyir ki, siyasətindən asılı olmayaraq, potensial artım 2% civarında qalacaq.

Necə olursa-olsun, Tramp manyak kimi “tweet” atmağa davam və saxta xəbərləri təşviq edəcək, "ən böyük və ən yaxşı" iqtisadiyyatla öyünəcək. Bunu etməklə, hətta Roma imperatoruna layiq bir sirk tamaşası yarada bilər. Ancaq təkcə qazlı ritorika kifayət olmazsa, o, xüsusilə beynəlxalq sahədə hücum etməyə qərar verə bilər. Bu, həqiqətdə, NAFTA-dan geri çəkilmə, Çin və digər ticarət tərəfdaşlarına qarşı ticarət əməliyyatları aparma və ya sərt miqrasiya siyasətini iki dəfə gücləndirmə deməkdir.

Əgər bu tədbirlər onun bazasını təmin etməzsə, Tramp, Roma imperatorları və digər diktatorların uzun müddət istifadə etdiyi son seçimə əl atacaq. Yəni özünü və Konqresin respublikaçılarını sığortalamaq üçün xarici təhlükə hazırlayaraq və ya xarici hərbi macəraya baş vuraraq "quduz it"inin ağızlığını açacaq.

Məsələn, xarici siyasətə "dəhşətli" yanaşmanın ardından Tramp Şimali Koreya və ya İranla müharibəyə başlaya bilər. Ya da İslamın pisliyi ilə əlaqədar daha iltihablı “tweet”lər göndərə bilər, bununla da o, marginal şəxsləri İŞİD və ya digər ekstremist qruplardan zərər görməyə sürükləyəcək. Bu, İŞİD tərəfindən ilhamlandırılan hücum ehtimalını artırır. Məsələn, təkbaşına hərəkət edən terrorçular vasitəsilə. ABŞ-da kütləvi piyada sahələrində özlərini partlatması və ya yük maşınını adamların üstünə sürməsilə. Onlarla, yüzlərlə öldürülmüş adam.

Onda Tramp özünü ABŞ bayrağına büküb, "Mən sizə bunu demişdim", – söyləyəcək.

Əgər işlər kifayət qədər pisləşsə, Tramp və onun generalları fövqəladə hal elan edəcək, vətəndaş azadlıqlarını məhdudlaşdıracaq və Amerika xalis pluto-populist avtoritar dövlət halına gətiriləcək.

Senatın Xarici Əlaqələr Komitəsinin mühafizəkar respublikaçı sədri Bob Korker açıq şəkildə xəbərdar edib ki, Tramp III Dünya müharibəsinə başlaya bilər. Əgər buna əmin deyilsinizsə, Rusiya və ya Türkiyənin son tarixini nəzərdən keçirin. Ya da Kaliqula, yaxud Neronun iqtidarı dövrünə aid Roma imperiyasının tarixini.

Pluto-populistlər, minlərlə ildir ki, eyni “kitabla” demokratiyaları avtokratiyaya çevirirlər. İndi onların əl saxlayacaqlarını düşünmək üçün heç bir səbəb yoxdur.

İmperator Trampın hökmranlıq dövrü elə də uzaqda deyil.

Tərcümə: Strateq.az

Arayış: Nuriel Rubini – ABŞ iqtisadçısı, Beynəlxalq Valyuta Fondunun (BVF) məsləhətçisi və BVF-nin Türkiyə qərargahının rəhbəri. 29 mart 1959-cu ildə İstanbulda anadan olub. İki yaşında ikən, iranlı yəhudi ailəsi ilə Tehrana köçüb. Daha sonra İsrail və İtaliyada yaşayıb. Burada ilk və orta təhsilini tamamlayan Rubini ABŞ-a köçüb. Beynəlxalq iqtisadiyyat üzrə təhsilini Harvard Universitetində tamamlayıb. 1982-ci ildə Qüds İvrit Universitetində (B.A.) ilk elmi işini, 1988-ci ildə Harvard Universitetində doktorluq dissertasiyasını müdafiə edib.N.Rubini 2000-2001-ci illərdə ABŞ Xəzinədarlıq Departamentində məsləhətçi vəzifəsində çalışıb, 1988-ci ildən 1995-ci ilə qədər Yel Universitetinin İqtisadi Siyasət Araşdırma Mərkəzində işləyib. 2008-ci ildə başlayan qlobal maliyyə böhranının proqnozunu verməklə məşhurlaşıb.

Loading...

QALEREYA