Tramp bir daha tək qaldı - AVROPA İRANIN TƏRƏFİNƏ KEÇDİ

Tramp bir daha tək qaldı - AVROPA İRANIN TƏRƏFİNƏ KEÇDİ

Hurriyyet.org xəbər verir ki, nüvə müqaviləsini ləğv eləmək istədiyini dəfələrlə elan edən ABŞ liderinə qarşı bu gün Avropa İttifaqı, İngiltərə, Almaniya, Fransa və İran nümayəndələri görüş keçiriblər. Trampı tənqid edən Fransa xarici işlər naziri Le Drian razılaşmanın bir alternativinin olmadığını deyib, Aİ təmsilçisi Mogerini də Trampı topa tutub.

Dünya ictimaiyyəti İran ilə P5+1 ölkələri arasında üç il əvvəl imzalanan nüvə razılaşmasının aqibətindən narahat olduğu məqamda, bu gün Avropada keçirilən görüşdən ABŞ-a qarşı razılaşma əldə edildi.

Avropa İttifaqı, İngiltərə, Fransa, Almaniya və İran nümayəndələrinin cəmləndiyi görüşdən sonra çıxış edən Fransa xarici işlər naziri Jen-Yves Le Drian nüvə razılaşmasının bir alternativi olmadığını bildirib.

ABŞ prezidenti Donald Trampı tənqid edən Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini isə belə deyib: “Razılaşma müvəffəqiyyətlidir, çünki İranın proqramına nəzarət edə bilərik. Beynəlxalq ictimaiyyətin bu məsələdə əlbir olması lazımdır”.

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel də İranın 2015-ci ildəki razılaşmanın faydalarını görmək hüququ olduğunu deyib. Qabriel nüvə silahı məsələsində Şimali Koreyanın problemlər yaratdığı halda, İranla razılaşmanı davam etdirmətin həyati əhəmiyyət daşıdığını söyləyib.

İran ilə P5+1 ölkələri (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya) tərəfindən 2015-ci ildə imzalanan nüvə razılaşması seçki kampaniyası dövründən bəri Trampın ən çox etiraz elədiyi məsələlərdən biridir. Lakin ABŞ-dan başqa, bu razılaşmaya etiraz edən ölkə yoxdur.

Hurriyyet.org

Loading...

QALEREYA